Türkiyə Ukraynanın ərazi bütövlüyünün qorunmasına dəstək verməyə davam edəcək.
gundemxeber.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Pyotr Poroşenko ilə mətbuat konfransında çıxışı zamanı deyib.
Ərdoğan Krımın ilhaqının qeyri-qanuni olduğunu, bu işğalı tanımayacaqlarını bildirib:
"Krımdakı qeyri-qanuni vəziyyətin aradan qaldırılması üçün çalışacağıq. Suriyaya girən Rusiyanı Ukraynaya kim çağırdı? Onların anlayışı belədir ki, gücüm varsa, haqqım da var. Burada haqlı bir durum yoxdur".
Ərdoğan Rusiyanın Suriyada varlığını qınaq obyektinə çevirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?