Hazırda Belçika həbsxanasında saxlanılan Parisdəki terror aktının əsas şübhəli şəxsi Salah Əbdüslam Brüssel aeroportuna bomba qoyulmasundan məlumatlı imiş.
Publika.az xəbər verir ki, bu səbəbdən də yaxınlıqda yerləşdirilmiş evlərin sakinləri əvvəlcədən təxliyyə ediliblər.
Yerli RTL kanalı xəbər verir ki, bu bəyanatla Fransanın daxili işlər naziri Bernar Kaznev Fransua Ollandanın rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclasından sonra çıxış edib.
Qeyd edək ki, noyabrın 14-də, günün axşam saatlarında Fransanıln paytaxtı Parisdə baş vermiş terror aktı nəticəsində 130-a yaxın insan həlak olub, 200-dən çox insan yaralanıb. Terror hücumlarına "Stad de Frans" stadionu, "Bataklan" teatrı və Paris restoranlarından biri məruz qalıb. Bu terror aktları Fransa tarixində ən ağır itkili hadisələrdir.
Salah Əbdüslam Parisdə törədilmiş terror aktlarında günahkar bilinir. O, yaxın günlərdə Fransaya ekstradisiya olunacaq və orada məhkəmə qarşısına çıxarılacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?