Ölən bir qadın terrorçunun çantasından çıxan gündəlik PKK-lı qadınların hansı şəraitdə yaşadıqlarını ortaya qoyub.
Türkiyə ordusunun Hakkaridə keçirdiyi əməliyyatlar zamanı ölən qadın terrorçunun çantasından çıxan gündəlik PKK-lı qadın terroristlərin acınacaqlı vəziyyətdə olduqlarını gözlər önünə qoydu.
Gündəlikdə kod adı Abbas olan Dursun Kalkan adlı terrorçunun qadın terrorçuları necə təcavüz etdiyi, birlikdə olmağı qəbul etməyənləri isə hansı formada ölümə göndərdiyi öz əksini tapıb. Bundan başqa qadın terrorçuların ağır işlərdə çalışması da fotolar şəklində gündəlikdə yer alıb.
“Əllə təcavüz olunmaqdan yorulduq ...”
Gündəlikdə yer alan bəzi hissələri oxuculara təqdim edirik:
“Abbas (kod adı) bu gün yenə qadınlar qrupuna gəldi. Bütün qadınlar qurd görmüş quzu kimi qaçmağa yer axtarırdı. O, yanımıza gələrək əlini bədənimizə toxundurur, sinəmizi möhkəmcə sıxırdı. Artıq onun hərəkətlərindən bezmişik. Abbas təşkilatdakı vəzifəsindən istifadə edərək qadınlara zorla təcavüz edirdi. Onunla cinsi əlaqəyə girmək istəməyən qadınlar ölümcül döyüşlərə göndərilirdi. Həmin döyüşlərdən isə heç bir qadın sağ çıxmamışdı. PKK-ya Avropadan qoşulan Nemrut, Şirvan, Bejan, Sara ve Faraşin adlı qadınlar Abbasla cinsi əlaqəyə girməyi rədd etdikləri üçün dönüşü mümkün olmayan döyüşlərə göndərildi. Həmin qadınlardan hələ də xəbər yoxdur”.
“Siyasi dərs kimi çoxarvadlılığı başa saldı”
“Bu gün Abbas bizə siyasi yorğunluq dərsi verib. Lakin onun yanında toplaşdıqdan sonra məlum oldu ki, dərs çoxarvadlılığın izahı ilə bağlıdır. Guya ki, bir kişinin bir neçə qadınla cinsi əlaqəyə girməsi qəbul edilən haldır.
Bu gün 13 qadınla söhbətləşdim. Qadınların bəziləri əri tərəfindən şiddətə məruz qaldığı, bəziləri isə uşaq yaşda zorla ərə verilməkdən canını qurtarmaq üçün burada toplaşıb. Ən kiçiyimiz 16 yaşlı Botan Bejandır. O, 4 ildir ki, buradadır. Bejan zorla babasının əsgər yoldaşına ərə verilirdi. O, bundan yaxa qurtarmaq üçün bizim yanımıza gəlib. Bu qədər təsadüf olar? Məncə, yox”./femida.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?