Türkiyənin Mardin vilayətində PKK terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlar zamanı aşkarlanan bir qadın terrorçunun gündəliyi hamını heyrətləndirib.
Avropa.info xəbər verir ki, Mardinin Nusaybin rayonunda hüquq mühafizə orqanlarının ələ keçirdiyi bir gündəlikdə qadın terrorçu öz peşmanlığından danışıb.
Dünən ələ keçirilən və Zəhra adlı PKK üzvünə aid olan gündəlikdə qadın terrorçunun təşkilat sıralarına qoşulduqdan sonra yaşadığı stress, çarəsizlik və peşmanlıqdan bəhs olunur.
Terrorçu dəftərin 29 aprel tarixli səhifəsində, təşkilata mübarizə üçün deyil həyatdan sıxıldığı üçün qoşulduğunu yazıb.
Gündəliyin sahibi "Bu gündəlik kimin əlinə keçsə xahiş edirəm bunları ailəmə çatdırın, bu son vəsiyyətimdir" ifadələri ilə başlayan yazısına bu cür davam edir:
"Qardaşım Ramazan və Abtullaha... Ramazan qardaşım xüsusilə sənə yazıram, mən öldükdən sonra əsla təşkilata qoşulma. Mən bu təşkilata mübarizə üçün deyil, bu həyatdan sıxıldığım üçün, Zeynosuz qaldığım üçün qoşuldum. Məni bu hala gətirən də təşkilatdır. Hər şeyi bu hala gətirən, hər şeyi yıxıb keçən, bunca ölümün səbəbi yenə təşkilatdır. Onları hələ də sevmirəm və heç vaxt da sevməyəcəm. Həyatınızı yaşayın. Heç bir şeyin fikrini çəkməyin. Bu mübarizə gərəksiz və boş bir mübarizədir. Hamımız bir alətik. Kim güclüdürsə daim gücsüzə qələbə çalır. Səndən tək istəyim odur ki, bu təşkilata əsla qoşulma... Canım Anama... Sizə qəzəbləndim və dağa çıxdım. Of... offf.. Anam bilsən nə qədər acı çəkirəm, bilsən nə qədər ürəyim yanır. Heç cürə özümə gələ bilmədim... Böyük qardaşım Dəlilə... Mənim həyatımı soruşsan, hər şey pis gedir. Dostlarımın yarısı şəhid oldu. Bir sürü də yaralı var. Əhvalım sıfır. Ah qardaşım. Kaş ki bu həyata düşməsəydik, kaş ki dağa qalxmasaydıq. Nə bilim... bir anlıq bir qəzəb və kin bizi nə hala saldı ... "
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?