Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlının avtomobilinə basqın edilib.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə dünən saat 16:00-da baş verib.
Belə ki, Çaqinskaya küçəsində Bakıdan gələn avtomobilə hücum olunub. Sürücü görüb ki, onun idarə etdiyi maşının yanında “Nissan” markalı avtomobil dayanıb. Maşın dan 4 nəfər düşüb. Onlar sürücünü maşından düşürüblər və onu tapança ilə qorxudublar. Azərbaycanlının maşınını əziblər. Avtomobildə olan 9 milyon rubl (300 minə yaxın dollar) pul götürülüb.
Daha sonra onlar maşına minərək naməlum istiqamətə gediblər.
Sorğu
Yeni dizaynımız necədir?