"22 may qurultayında AKP rəhbərliyinə namizəd olmayacam"
Artıq vəzifəsindən istefa verdiyi məlum olan Türkiyənin baş naziri Ahmet Davudoğlu lideri olduğu partiyanın - AKP-nin növbədənkənar qurultayının çağırılması, eləcə də özünün siyasi karyerasına dair suallara cavab vermək üçün hazırda telekanalların kamerası önündə çıxış edib. Türkiyənin bütün tv-ləri bu çıxışı canlı olaraq yayıb.
Musavat.com bildirir ki, Davudoğlu həyəcanlı görünürdü və səsi arada titrəyirdi.
"Mənim 20 aylıq baş nazirlik sürəcində əsas vəzifəm AK Partinin birlik və bütövlüyünü qorumaq olub. Mənim baş nazirliyim dönəmində AK Partidə qardaş qovğası olmadı, bir istefa da baş vermədi!"
Fəaliyyətinin hesabatını verən Davudoğlu onun mərhələləri barədə məlumat verir, baş nazir kimi gördüyü işlərdən danışır. O, 20 illki baş nazirlik dönəmini 3 mərhələyə bölüb.
O, seçkilərdən də danışaraq, "7 iyundakı növbədənkənar seçkilərdə başımızı dik tutduq", deyib: "Zor bir dönəmdi, amma Türkiyəni bir saniyə də hökumətsiz buraxmadıq".
Türkiyənin baş naziri daha sonra başçılıq etdiyi 64-cü hökumətin terrorla mücadiləsindən danışıb: "Bizim aldığımız qərarlar nə olursa olsun, kimsə Türkiyənin iqtisadiyyatı ilə oynamağa qalxmasın. Son ana qədər vəzifə başında olan hökumətimiz var, kimsə ekonomi dəngələri ilə oynamağa qalxmasın", deyə xəbərdarlıqda da bulunub, Davudoğlu. "Mən prezidentin tapşırığı ilə baş nazirliyi qəbul etdim, lakin bu məqamın haqqını vermək üçün də gecə-gündüz çalışdım... 81 vilayətimizə getdim - addımımı basmadığım vilayətimiz qalmadı...Bu, bir mühasibə yapma, baş nazirlik dönəminin qısa özətidir... "
Bundan sonra Davudoğlu 22 may Qurultayında AKP rəhbərliyinə namizədliyini verməyəcəyini açıqlayıb və bunun səbəblərindən danışıb.
"Partiyamız yeni bir dönəmin astanasındadır...Nizamnaməmizin gərəyi olaraq 22 mayda Qurultaq qərarı aldıq. Bu tarixdə fövqəladə qurultay keçirəcəyik... "
***
“Xalq sual verə bilər ki, son parlament seçkilərində uduzan müxalifət partiyalarının liderləri öz vəzifələrində qaldığı halda, 49,5 faiz və 24 milyon insanın səsini almış bir siyasətçi niyə vəzifədən gedir? Haqlı sualdır. Bizim dönəmimiz uğur dönəmidir. Bir uğursuzluq və ya peşmanlıq söhbət mövzusu deyil. Bəs niyə bu qərarı qəbul etdim? Həyat insana çox şey öyrədir. Mənim öz prinsiplərim var. Doktorluq müdafiə edərkən professor olmağı hədəflədim, amma vaxtı çatmadan bunu istəmədim. Tutduğum vəzifələrin heç birini özüm tələb etmədim. Heç bir vəzifə üçün lobbi çalışması aparmadım. Konsensus olmayan yerdə partiyanın başqanı vəzifəsinə yenidən namizəd olmaq istəmirəm. Mən yola birlikdə çıxdığım dostlarımın mənimlə bərabər olmalarını, mənimlə bərabər olmağı istəmədikləri zaman isə bunu mənə söyləmələrini həmişə üstün tutmuşam”.
Ə. Davudoğlu yerli təşkilatların rəhbərlərini təyin etmək və onları vəzifədən çıxarmaq səlahiyyətinin əlindən alınması barədə partiya rəhbər orqanının 29 aprel tarixli qərarına xüsusi toxunub: “Partiyanın rəhbər orqanının son toplantısında baş verənlər çox önəmlidir. Əslində həmin təklif üçün ilk imzanı mən atdım. Ancaq bu məsələdə istifadə edilən metodun dostyana olmadığını gördüm. Apardığım məsləhətləşmələr nəticəsində dostları dəyişməkdənsə, başqanın dəyişməsinin daha doğru olacağını düşündüm. Namizədliyimi verməyəcəyəm”.
Ə. Davudoğlu AKP-də millət vəkili kimi fəaliyyətini davam etdirəcəyini və prezident Ərdoğana qarşı çıxış etməsinin mümkün olmadığını, onunla hər zaman dost qalacağını vurğulayıb. O, partiyada birlik və bərabərliyi qorumağa çağırıb. (APA)
***
Baş nazir öz çıxışında Türkiyənin prezidenti T. Ərdoğanı sayğılı ifadələrlə vəsf edir. O, deyib ki, Ərdoğanla insani münasibətləri heç zaman pozmayacaq: "Cümhurbaşqanımızla son nəfəsimə qədər dostluq və qardaşlığımı qoruyacam. Kimsə mənim ağzımdan, zehnimdən Cumhurbaşqanımızla bağlı neqativ söz eşitməyəcək. Cümhiurbaşqanının onuru mənim onurumdur, onun ailəsi mənim ailəmdir "...
Açıqlamalardan belə məlum olur ki, Davudoğlu bundan sonra elmi fəaliyyəti ilə məşğul olacaq. Eyni zamanda, AKP millətvəkili kimi parlamentdə də təmsilçiliyini saxlayacaq. Daha sonra o, təşəkkür açıqlamaları ilə çıxış edib, halallıq istəyib.
Anlaşılan budur ki, Davudoğlu 22 maya qədər - fövqəladə qurultayda yeni AKP lideri seçilən ana qədər baş nazir kimi fəaliyyətini davam etdirəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?