Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün İrəvanda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistan prezident Serj Sərkisyanla görüşməyəcək. Bu barədə Ermənistan prezidentinin mətbuat katibi Aram Saqatelyan öz tvitter səhifəsində yazıb.
Xatırladaq ki, bir müddət əvvəl Davudoğlu Ermənistana səfərinin gündəmində nələr olacağının hələ dəqiq müəyyən edilmədiyini bildirsə də, Serj Sərkisyanla görüşəcəyini istisna etməmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?