GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Xaricdən Azərbaycana göndərilən pulun miqdarı 3 dəfə artıb

Xaricdən Azərbaycana göndərilən pulun miqdarı 3 dəfə artıb

Tarix: 31-03-2023, 14:53 Bölmə :İqtisadiyyat Baxış: 532


Mərkəzi Bank ötən il boyunca xarici ölkələrdən Azərbaycana göndərilən pul köçürmələrinə dair göstəricilərini açıqlayıb. Açıqlanan göstəricilərdən bəlli olur ki, 2022-ci ildə Azərbaycanda pul köçürmələrində rekord qeydə alınıb. Ötən il xarici ölkələrdən Azərbaycana 3 milyard 620 milyon dollar köçürülüb. Müqayisə üçün: 2021-ci ildə həmin rəqəm 1 milyard 133 milyon dollar idi. Deməli, 2022-ci ildə Azərbaycana xaricdən daxil olmuş pul baratlarının həcmi 2.5 milyard dollar və ya 3.2 dəfə artıb. Daha bir il öncə – 2020-ci ildə sözügedən köçürmələrin həcmi 1 milyard 94 milyon dollar, 2019-cu ildə isə 934 milyon dollar olmuşdu.

Artımın səbəbləri

Mərkəzi Bankın açıqladığı rəqəmlərdən aydın olur ki, xaricdən göndərilən pulların həcmindəki bu kəskin artım, əsasən, Rusiyadan qaynaqlanır. Rəsmi rəqəmlərə görə, ötən il Rusiyadan Azərbaycana 2 milyard 969 milyon dollar köçürülüb. 2021-ci ildə həmin rəqəm beş dəfə az – 623 milyon dollar idi. Bu, həm də o deməkdir ki, 2022-ci ildə Azərbaycana göndərilən pul həcmindəki 2 milyard 487 milyon dollarlıq artımın 2 milyard 346 milyon dolları – 94 faizi Rusiyadan gələn pullardır.

Xatırlatmağa dəyər ki, ötən ilin fevralında Rusiyanın Ukraynaya hücumuna cavab olaraq bir çox irəliləmiş iqtisadiyyata sahib ölkə Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etdi. Həmin sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatına ciddi zərər dəydi. Ölkənin milli valyutası rublun dəyər itirməsi, eləcə də Rusiya banklarının beynəlxalq ödəniş sistemlərindən kənarlaşdırılması, ölkədə xarici valyuta alışına tətbiq edilən məhdudiyyətlər Rusiyada yaşayanların öz yığımlarını ölkədən çıxarmağa vadar edən əsas səbəblərdir. Unutmaq olmaz ki, Rusiyada yüz minlərlə azərbaycanlı çalışır. Bu baxımdan, Rusiyadakı iqtisadi durum üzündən həmin şəxslərin öz vəsaitlərini Azərbaycana gətirdiyi görünür.

Digər ölkələrlə bağlı durum necədir?

Azərbaycana göndərilən pul köçürmələrinin həcminə görə Rusiyadan sonra ikinci yeri ABŞ tutur. Ötən il ABŞ-dan Azərbaycana pul köçürmə sistemləri ilə 155 milyon dollar göndərilib. ABŞ-dan gələn köçürmələrdə diqqətçəkən məqam son illər bu istiqamətdə də ciddi artımların baş verməsidir. Məsələn, 2021-ci ildə ABŞ-dan Azərbaycana 72 milyon dollar, 2020-ci ildə 53 milyon dollar, 2019-cu ildə 40 milyon dollar göndərilmişdi. Bu o deməkdir ki, son üç ildə ABŞ-dan Azərbaycana pul köçürmələrinin həcmi təxminən dörd dəfə artıb.

Ölkəyə ən çox pul göndərilən üçüncü ölkə Türkiyə olub. Ötən il Türkiyədən Azərbaycana 122 milyon dollar göndərilib. Bu, toplam köçürmələrin 3.4 faizi deməkdir. Almaniyadan Azərbaycana göndərilən pul köçürmələrinin həcmində də kəskin artım qeydə alınıb. Ötən il belə köçürmələrdə dördüncü yerdə olan Almaniyadan Azərbaycana köçürülən pulun həcmi iki dəfə artaraq 27 milyon dollardan 54 milyon dollara yüksəlib. İlk beşlikdəki digər ölkə Birləşmiş Krallıqdır. 2022-ci ildə Böyük Britaniyadan Azərbaycana 34 milyon dollar dəyərində pul köçürülüb. Bu, 2021-ci illə müqayisədə 3 milyon dollar aşağı göstəricidir.

Qazaxıstan (33 milyon dollar), BƏƏ (31 milyon dollar), Gürcüstan (28 milyon dollar), Səudiyyə Ərəbistanı ( 15 milyon dollar) və İsrail də (13 milyon dollar) pul köçürmələrinin həcminə görə ilk onluğa daxildir.

Pul köçürmələri ilə bağlı diqqətçəkən daha bir məqam öncəki illərdə pul köçürmələrinə görə ön sıralarda olan Ukraynanın öz yerini itirməsidir. Belə ki, əgər 2021-ci ildə Ukraynadan Azərbaycana 30 milyon dollar həcmində pul köçürülmüşdüsə, ötən il bu rəqəm beş dəfə azalaraq cəmi 6 milyon dollar olub. Bu baxımdan aydın olur ki, müharibə Rusiyadan Azərbaycana köçürülən pulu beş dəfə artırdığı halda, Ukraynadan gələn pul köçürmələrini o qədər azaldıb. Ukraynadan köçürmələrin azalmasının başlıca səbəbi orada yaşayan çox sayda azərbaycanlının müharibə başlayandan sonra təxliyə edilməsi, eləcə də ölkə iqtisadiyyatının müharibədən ciddi zərər görməsidir.

Bəs Azərbaycandan hansı ölkələrə pul göndərilir?

Mərkəzi Bankın açıqladığı rəqəmlərdə Azərbaycandan xarici ölkələrə göndərilən pul köçürmələri də əksini tapıb. Ötən il belə köçürmələrin həcmi 665 milyon dollara yaxın olub. Bu, 2021-ci ildəki göstərici ilə (662 milyon dollar) təxminən eyni nəticə deməkdir. 2022-ci ildə Azərbaycandan ən çox Türkiyəyə pul göndərilib – 174 milyon dollar. Bu, bütün pul göndərişlərinin 26 faizidir.

Azərbaycandan ən çox pul göndərilən ikinci ölkə ABŞ-dır. Ötən il ABŞ-a 137 milyon dollar göndərilib. 2021-ci ildə bu rəqəm cəmi 51 milyon dollar idi. Bu baxımdan, ABŞ-dan Azərbaycana göndərilən köçürmələrlə yanaşı, Azərbaycandan ABŞ-a köçürmələrin də həcmində kəskin artım görünür.

Bu il 2021-ci illə müqayisədə Azərbaycandan pul göndərilməsinə görə ilk beşlikdə olan digər üç ölkəyə köçürmələrin həcmi azalıb. Misal üçün, Azərbaycandan Rusiyaya göndərilən pulun miqdarı 117 milyon dollardan 90 milyon dollara düşüb. Gürcüstana göndərilən vəsait də 79 milyon dollardan 59 milyon dollara enib. Böyük Britaniyaya göndərilən pulun həcmi isə 46 milyon dollardan 31 milyon dollara düşüb.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyadan Azərbaycana 524 milyon dollar gəlib

    Rusiyadan Azərbaycana 524 milyon dollar gəlib ...

    12-11-2013, 11:21

  • 
  • Azərbaycana göndərilən pullar azalıb

    Azərbaycana göndərilən pullar azalıb ...

    24-02-2016, 15:50

  • 
  • Ötən il Azərbaycana yatırılan birbaşa xarici investisiyalar 66% azalıb

    Ötən il Azərbaycana yatırılan birbaşa xarici ...

    29-06-2021, 14:23

  • 
  • Bankların xarici borcları artıb

    Bankların xarici borcları artıb ...

    13-02-2017, 00:48

  • 
  • 10 İldə 17 Milyard Pul Çıxarılıb

    10 İldə 17 Milyard Pul Çıxarılıb ...

    12-01-2014, 02:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu