Suriyanın İdlib vilayətinin Sarmada şəhəri yaxınlığındakı qaçqın düşərgəsinə hava zərbəsi endirilib.
gundemxeber.az ölkə.az-a istinadən bildirir ki, naməlum təyyarələrin endirdiyi zərbələr nəticəsində düşərgədə 30 nəfər ölüb, 80 nəfərdən çox insan isə yaralanıb.
BMT-nin yerli qərargahından faciəni təsdiqləyiblər, amma hələlik heç kəs düşərgəyə zərbə endirən təyyarələrin kimə məxsus olduğunu bilmir.
Məsələyə aydınlıq gətirən ABŞ hakimiyyəti həmin ərazidə NATO aviasiyasının uçmadığını və zərbənin onlar tərəfindən endirilmədiyini bildirib.
Beynəlxalq təşkilatlar bunu artıq hərbi cinayət adlandırırlar. Faktla bağlı araşdırmalar aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?