Yəmən sahillərində naməlum helikopterdən endirilən hava zərbəsi nəticəsində Somalidən olan 42 qaçqın ölüb.
“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, sağ qalan 66 nəfər Yəmənin Xodeyda şəhərinə çatdırılıb.
Məlumata əsasən, qaçqınları daşıyan gəmi “Apaç” helikopterindən atəşə tutub. Yəməndən Sudana üzən gəminin sərnişinlərində BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığının verdiyi sənədlər olub. Hücumun kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?