Türkiyə prezidenti Ərdoğan AB ilə viza müqaviləsinə dair sərt açıqlama verib.
“Sizi yolunuza, biz yolumuza” çıxışından sonra Ərdoğan ikinci dəfə “Ya sizinlə addımlayacağıq, ya da özümüzə bir yol tapacağıq” açıqlaması verib.
Ərdoğan Türkiyədən terror haqda qanunu dəyişdirməsini istədiyi Avropa Bilriyi haqda bu sözləri deyib:
“Terror mövzusunda münasibətimizi yumşaltmalıymışıq. Mənə baxın, siz nə vaxtdan Türkiyəni idarə etməyə başladınız, kim sizə bu səlahiyyəti verdi? Bunlar necə demokrat, necə demokratiyaya inanırlar başa düşmək mümkün deyil. Eyni şeyləri kim deyir? Ana müxalifətin başındakı, adını çəkməmək qərarı verdiyim zat... Terror təşkilatı və onu dəstəkləyə siyasətçilər nə deyirsə, bunlar da eynisini təkrar edir. Banqladeşdə bu qərarı verən hakimiyyətin bir oxşarıdır bu ana müxalifət. Biz terror təşkilatına hansı gözlə baxırsaqsa, onları müdafiə edənlərə də eyni gözlə baxarıq. Bu gün terror təşkilatını qucağına alanlara avrolar verirlər. Avronu verəndən sonra gedin Türkiyəni parçalayın deyirlər”.
Ərdoğan gücünü millətdən aldığını, Avropaya ehtiyacı olmadığını da bildirib:
“Siz bizim bunları bilmədiyimizimi zənn edirsiniz? Biz iki dəfə gülümsəmənizə, bu vətənin dəyərlərini dəyişmərik. Bunu bilin. Bizə millətimizin gücü yetər. İllərdir terrorla mübarizə aparan bir ölkə kimi bu məsələnin öhdəsindən gələ bilərik, ancaq Avropa ölkələri bu işin altından qalxa bilməz. Bizə demokratiya və azadlıq nitqləri oxuyanları, bu anlayışları haradasa təxirə saldı”.
“Avropa Birliyinin nə öz üzvlərinə, nə də dünyaya faydası yoxdur”
Prezident Ərdoğan deyib ki, öz dəyərlərini, prinsiplərini ayaqlar altına alan bir təşkilatın nə öz üzvlərinə, nə də dünyaya faydası olmaz.
Ərdoğan Türkiyə vətəndaşlarının Şengen məkanına vizasız daxil olması məsələsinə də münasibət bildirib:
“Şengen məsələsi, viza məsələsi, biz bu işi bitirdik axı. Bunların imzalarını qoyduq. Bu ilin sentyabr ayında qüvvəyə minməsi haqda qərar verdik. İndi gəliblər, bunun içinə terroru qoyublar. Qazancınızı göstərin. Harada bu şərt var? Cənubi Amerikada Şengenə daxil olanlaramı tətbiq edirsiz?”
Ərdoğan Avropa Birliyinin Türkiyəyə münasibətdə ikili standartlardan imtina etməsini istəyib.
“Ya sizinlə addımlayacağıq, ya da özümüzə bir yol tapacağıq Bizim tərcihimizi Türkiyəni avropalı dostlarımızla birgə inşa etməkdir. İndi avropalı dostlarımızın qərarını gözləyəcəyik”.
Sorğu
Yeni dizaynımız necədir?