Korrupsionerlər təqib edilməli, cəzalandırılmalı və oğurladıqları qanuni sahiblərinə qaytarılmalıdır
Londonda keçirilən antikorrupsiya sammitində korrupsiyaya qarşı mühüm sənəd qəbul edilib. Sammitə qatılan 40 ölkənin nümayəndələsinin imzaladığı sənəddə deyilir:
“Bir sıra qlobal problemlərin əsasında korrupsiya dayanır. Yoxsulluğa, terror və ekstremizmə son qoymaq üçün buna son qoymalıyıq. Korrupsiya hər yerdə ifşa olunmalı, təqib edilməlidir. bu işlə məşğul olanlar cəzalanmalıdır. Korrupsiya yolu ilə əldə edilən vəsaitləri gizlətmək üçün yaradılan anonim şirkətlərin fəaliyyətinə son qoyulmalıdır. Bu işdə korrupsionerlərə yardım edən hüqyqşunaslar, daşınmaz əmlak agentləri, mühasiblər cəzalanmalıdır.dövlət büdcəsinin, vergi məlumatlarının şəffaflığının artırılması hesabına vergi ödəyicilərinin pullarının qanunsuz yollarla istifadə edilməsinin qarşısı alınmalıdır. İnsanlara repressiyalardan qorxmayaraq korrupsiya barədə məlumat vermək imkanları yaradılmalıdır. Korrupsionerlər məsuliyyətə cəld edilərək cəzalandırılmalıdır. Bununla da onlara ayıdn ismarıc vermək lazımdır ki, onlar cəzasız qalmayacaq.
Korrupsiya mövcud olduğu hər yerdə sıxışdırılmalıdır. Bunun üçün idman və təhlükəsiz sahələri d daxil olmaqlar bütün sahələrdə şəffaflıq təmin edilməlidir. yeni texnologiyalar vasitəsilə insanların korrupsiyaya qarşı mübarizə imkanları genişlənməlidir.
Korrupsionerlərin çirkli yollarla əldə etdiyi vəsaitlər isə əsl sahiblərinə qaytarılmalıdır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?