Vətəndaşlıq hüquqlarının müdafiə fəalları ABŞ-da ölkənin yeni prezidenti Donald Trump-ın andiçmə mərasimi əleyhinə mitinqlərə başlayıb.
Aksiyalar onun andiçmə mərasiminə, yanvarın 20-nə qədər davam edəcək.
Yanvarın 14-də bir neçə min insan Vaşinqtonda küçələrə çıxaraq Trump-ın gələcək siyasəti ilə razılaşmadığını, onun qadınlar, sosial azlıqlar və əcnəbilər barədə dediklərinə etiraz ediblər.
Aksiya iştirakçıları tələb edirlər ki, yeni adminstrasiya səhiyyə və cinayət məsələləri ilə bağlı, o cümlədən, imiqrasiya sahəsində islahatlara imkan verməsin.
Trump seçki kompaniyası zamanı bildirib ki, o, qanunsuz imiqrasiyanın qarşısınıalmaq üçün Meksika ilə ABŞ arasında divar tikəcək, Obamanın başlatdığı “Obamacare” tibbi sığortasını ləğv edəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?