gundemxeber.az publika.az-a istinadən bildirir ki, Diyarbəkir vilayətinin Qulp rayonunda yerləşən jandarm postu yaxınlığındakı avtomobildə quraşdırılmış bombanın partlaması nəticəsində Təhlükəsizlik Qüvvələrinin 5 əməkdaşı xəsarət alıb.
Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.
Hadisənin PKK terror təşkilatı tərəfindən törədildiyi ehtimal edilir. Terrorçular hadisədən əvvəl jandarm postuna avtomat silahlardan atəş açıblar.
Posta hücum edən terrorçulardan biri yaxalanıb. Digər silahlıların axtarışı və zərərsizləşdirilməsi istiqamətində əməliyyata başlanılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?