Türkiyədə terrorçuların təhlükəsizlik qüvvələrinə qarşı hücumu zamanı 1 əsgər həlak olub.
Gündəm Xəbər-in əldə etdiyi məlumatda bildirilir ki, hadisə Hakkari vilayətinin Çukurca rayonunda qeydə alınıb. Belə ki, terrorçuların təhlükəsizlik qüvvələrinə açdığı atəş nəticəsində 1 əsgər yaralanıb. O, Hakkari Dövlət Xəstəxanasına yerləşdirilsə də, həkimlər yaralının həyatını xilas edə bilməyiblər.
Silahlıların hansı terror qruplaşmasına mənsub olduqları açıqlanmır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?