Dünyada əsas onlayn ödəmə sistemlərindən sayılan “ PayPal” Türkiyədəki fəaliyyətini dayandırır.
Bu barədə məlumatı şirkətin özü yayıb.
Məlumata görə, iyunun 6-dan başlayaraq, bu ölkədəki müştərilər pul göndərə və ya qəbul edə bilməyəcəklər. Bu müddətdə onlar hesablarındakı pulları yerli banklara köçürməlidirlər.
Qərar Türkiyənin bank tənzimləmə və nəzarət qurumu olan BDDK-nın şirkətin lisenziya üçün müraciətini rədd etməsindən qaynaqlanıb.
“Paypal” Türkiyədəki müştərilərinə yenidən xidmət üçün gələcəkdə icazə almağa çalışacağını da bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?