Qazaxıstanın Aktoba vilayətində keçirilən antiterror əməliyyatı nəticəsində daha 5 terrorçu öldürülüb, iki nəfər isə tutulub.
Bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bir müddət öncə hadisə nəticəsində 3 hərbçinin və 3 mülki şəxsin öldürüldüyü, 10 nəfərin xəsarət aldığı barədə məlumat yayılmışdı.
Xatırladaq ki, Qazaxıstanın Aktoba vilayətinin eyniadlı inzibati mərkəzi Aktoba şəhərində terrorçulara qarşı əməliyyat keçirilir. Məlumata görə, naməlum silahlı şəxslər şəhərdə iki silah mağazasına, eləcə də Milli Qvardiyanın hərbi hissəsinə hücum ediblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edənlərdən biri saxlanılıb, üçü öldürülüb, biri isə yaralanıb. Bir neçə cinayətkar isə qaçıb gizlənə bilib. Hazırda onların tutulması istiqamətində əməliyyat aparılır.
Xəbərə əsasən, Aktoba şəhərində "antiterror əməliyyatı rejimi" elan olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?