İstanbul polisi “İnqilabçı xalq-azadlıq partiyası – Cəbhə” (DHKP-C) təşkilatının üzvlərinə qarşı antiterror əməliyyatı keçirir.
Bu barədə İstanbul şəhər Polis İdarəsinə istinadən məlumat verilir. Əməliyyat çərçivəsində 24 nəfər saxlanılıb. Onlar həmin təşkilatla əlaqədə şübhəli bilinirlər. Qeyd edək ki, DHKP-C 2013-cü ilin mayında Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində 46 nəfərin ölümü, 155 nəfərin xəsarət alması ilə nəticələnən terror aktına görə məsuliyyət daşıyır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?