Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) ötən gün Yunanıstanın hava məkanını 22 dəfə pozub, iki halda `virtual hava döyüşləri` baş verib.
gundemxeber.az azvision.az-a istinadən bildirir ki, bu barədə Yunanıstanın Baş qərargahı xəbər yayıb.
Məlumata əsasən, Türkiyə təyyarələri Yunanıstan sərhədini Xios, Samos, həmçinin Lemnos və Lesbos adaları yaxınlığında pozub. Buna cavab olaraq Yunanıstan qırıcıları havaya qaldırıb, iki halda isə onlar Türkiyə təyyarələri ilə `virtual döyüşdə` iştirak ediblər.
Bundan əlavə, Yunan KİV-i Türkiyə və Yunanıstana arasında yeni konflikt haqqında məlumat yayıb. İnsident Yunanıstanın baş naziri Aleksis Tsiprasın 7-8 fevral tarixlərində İrana səfəri zamanı yaşanıb. Belə ki, Türkiyə təyyarələrinin uçuşları nəticəsində onun təyyarəsi marşrutunu dəyişməyə məcbur qalıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?