Şimali Koreya lideri Kim Jong-un ölkədə rəsmi siqaretçəkmə əleyhinə kampaniyanın davam etməsinə baxmayaraq ictimaiyyət qarşısında siqaretlə görünüb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, dövlət mediası bu həftə ölkənin ali rəhbərini sağ əlində siqaretlə Pxenyanda uşaq düşərgəsinə baş çəkən zaman göstərib.
İndiyədək Kim-in fəaliyyəti barədə xəbərlərdə o, siqaretsiz və masada kül qabı olmadan təsvir edilib. Şimali Koreya lideri qatı siqaretçəkən kimi ad çıxarıb.
BBC təhlilçilərinin ehtimal etdiyinə görə, ola bilsin ki o, siqaret çəkməyi yalnız kameralar qarşısında olanda dayandırır. Sonuncu dəfə Şimali Koreya lideri siqaretlə martın 15-də görünüb.
Kim-in ölkədə rəsmi siqaret əleyhinə kampaniyanın davam etdiyi dövrdə siqaretlə camaat arasına çıxması gözlənilməz olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Şimali Koreyada 2012-ci ildə kişi əhalisinin yarısı siqaret çəkən olub, Cənubi Koreyanın Yonhap agentliyi bildirib.
Asiya ölkələri arasında bu, siqaretçəkənlərin ən yüksək faizlərindən biri sayılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?