Şotlandiya hökumətinin rəhbəri, birinci nazir Nikola Stercen Şotlandiya hakimiyyətinin Böyük Britaniyanın Avropa İttifaqından çıxmasında veto qoya biləcəyini bəyan edib.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, N.Stercen deyib ki, əgər Böyük Britaniya hökuməti Şotlandiya hökuməti qarşısında Avropa İttifaqından çıxmaq məsələsini qoyarsa, o halda bu məsələni Şotlandiya parlamentində müzakirəyə çıxaracaq və deputatlardan bu məsələnin əleyhinə səs verməyi xahiş edəcək.
N.Stercenin rəhbərlik etdiyi partiya Şotlandiya parlamentində 129 yerdən 63-nün sahibidir. Bununla belə, N. Stercen hələ Şotlandiya və Böyük Britaniya, Böyük Britaniya və Avropa İttifaqı, Şotlandiya və Avropa ittifaqı arasında situasiyanın inkişafını izləməyi zəruri sayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?