GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Atatürk”-ə hücum: biri çeçen, ikisi tacik, terrorun tam təfərrüatı...

“Atatürk”-ə hücum: biri çeçen, ikisi tacik, terrorun tam təfərrüatı...

Tarix: 30-06-2016, 15:31 Bölmə :Dünya Baxış: 501
“Atatürk”-ə hücum: biri çeçen, ikisi tacik, terrorun tam təfərrüatı...

İstanbulun Atatürk Hava Limanında dəhşətli terror hücumları həyata keçirən terrorçuların hansı ölkə vətəndaşları olduqları və hücumu necə həyata keçirdikləri təfərrüatları ilə üzə çıxıb.

Virtualaz.org xəbər verir ki, Türkiyə KİV-lərinə məlum olan bu təfərrüatlar təhlükəsizlik orqanlarının hava limanının təhlükəsizliyinin təmin edilməsinə dair yetərli peşəkarlıq nümayiş etdirmədiyini də göstərir.

Məlum olub ki, terrorçulardan biri milliyətcə çeçen olmaqla Rusiya vətəndaşı, digər ikisi isə Tacikistan vətəndaşıdır. Onlar Türkiyəyə 32 gün əvvəl İŞİD-in “paytaxtı” Rakka şəhərindən göndərilib. Terrorçular İstanbulun Fatih Horhor səmtində çoxmərtəbəli binada mənzil kirayələyib. Mənzili kirayə verən daşınmaz əmlak agentliyinin sahibi deyib ki, həmin şəxslər mənzili 1 illiyinə kirayələyib. Bu zaman onlardan biri sənədləşdirmə işləri üçün özünün Rusiya pasportunu təqdim edib.

Mənzildə qaldıqları müddətdə terrorçular qonşulardan heç kimlə ünsiyyətdə olmayıblar. Bununla belə qonşulardan biri mənzildən ara-sıra mübahisə səsləri eşitdiyini deyib.

“Atatürk”-ə hücum: biri çeçen, ikisi tacik, terrorun tam təfərrüatı...

Həmin mənzilin yerləşdiyi binanın yaxınlığındakı videomüşahidə kameralarından əldə edilən görüntülərə əsasən terrorçular iyunun 28-də axşam 20.35-də evdən çıxıblar, 3 dəqiqə sonra onlar Aksaray metro stansiyasına bitişik küçəyə çıxıb. Vətən küçəsindəki ticarət mərkəzinin qarşısından keçən terrorçular əllərindəki bəzi əşyaları zibil konteynerinə atıb. Havanın isti və bürkü olmasına baxmayaraq onların hər üçü qış gödəkçələrində olub. Bu da küçədəki polislərdən heç birinin diqqətini cəlb etməyib. Kamera görüntülərinə əsasən terrorçuların əllərində iki böyük və bir kiçik yol çantası var.

Onlar Vətən küçəsindəki ticarət mərkəzinin qarşısında yoldan keçən taksiyə əl qaldırıblar və saxladıblar. Sürücünün istintaqa verdiyi ifadəyə əsasən terrorçulardan biri ona “Atatürk hava limanı” deyib, sürücü ləhcəsindən onun xarici ölkə vətəndaşı olduğunu təxmin edib. Yol boyu terrorçular öz aralarında sürücünün anlamadığı hansısa dildə ara-sıra danışıblar. Taksi sürücüsü onları aeroportun xarici reyslər uçuş terminalının qarşısında düşürüb və geri qayıdıb. Az sonra aeroportda partlayış olduğunu eşidib. Sürücünün dediyinə görə terrorçular çox rahat davranırdılar və onlarda hər hansı həyacan hiss etməyib.

“Atatürk”-ə hücum: biri çeçen, ikisi tacik, terrorun tam təfərrüatı...

Terrorçular terminala daxil olanda mülki geyimli polislərdən biri onun isti havada gödəkçə geyinməsindən şübhələnib. Watsapp-la digər polis həmkarına bu haqda yazıb, şübhəlinin “oğruya bənzədiyini” bildirib. “Bəlkə saxlayıb sənədlərini yoxlayaq?” deyib.

Həmin polis həmkarı gələnə qədər şübhəlinin arxasınca gedib, terminalın içərisində ona yaxınlaşıb və sənədlərini soruşub. Bu zaman terrorçu çantasından guya sənəd çıxarmaq üçün aşağı əyilib, gödəkçənin altından “Glock” markalı tapançanı çıxararaq polisə 3 dəfə atəş açıb. Həmin polis ağır yaralanıb. Terrorçu qaçaraq terminaldan aşağı enib, xarici reyslər terminalının qarşısından keçib özünü partladıb.

Digər iki terrorçu partlayış səsini eşidərək xarici reyslər terminalının içərisinə doğru qaçıb. “Kalaşnikov”ları çıxararaq biri sağa, digəri sola doğru atəş aça-aça irəliləyib. Bu zaman terrorçulardan birinə polis atəş açıb və yaralayıb. Yaralı terrorçu yerə yıxılıb, əlindəki “Kalaşnikov”u düşüb. Polis ona yaxınlaşıb, bir neçə saniyə terrorçuya nəzər salaraq üzərindəki bombanı görüb və qaçaraq sütunlardan birinin arxasına sığınıb. Həmin terrorçu yerdə uzanmış vəziyyətdə özünü partladıb. Partlayışdan yaralanan polis bildirib ki, terrorçuya atəş açıb, ancaq başından vura bilməyib. Bombanı görəndən sonra qaçıb. “Onu vurdum, yerə yıxılandan sonra atəş açmağa davam etdim, ancaq başından vura bilmədim”-yaralı polis xəstəxanada onu ziyarət edən baş nazir Binəli Yıldırıma deyib.

“Atatürk”-ə hücum: biri çeçen, ikisi tacik, terrorun tam təfərrüatı...

Üçüncü terrorçu isə panika içərisində terminalı tərk etməyə çalışan insanların arasında özünü partladıb. Bildirilir ki, terrorçular planlaşdırdıqları kimi terminalın xarici ölkə vətəndaşlarının çox olduğu hissəsinə daxil ola bilsəydi tələfat daha çox olardı.

Təfərrüatlar belə deməyə əsas verir ki, terrorçulardan həm İstanbul küçələrində reyd keçirən polislərin, həm aeroportun təhlükəsizlik xidmətinin şühələnməyə kifayət qədər əsasları olub. Ən azından bir ildə 10 intiharçı terror hücumunun baş verdiyi şəhərdə yayın istisində gödəkçə ilə gəzən biri dərhal şübhə doğurmalıydı və nəticədə terrorçular hələ aeroportun ərazisinə daxil olmadan zərərsizləşdirilə bilərdi. Digər tərəfdən mülki geyimli polisin istidə qış gödəkçəsində olan terrorçuya yaxınlaşaraq sənəd soruşması da peşəkar davranış deyil. Belə olan halda həmin terrorçuya uzaqdan xəbərdarlıq edib əllərini qaldırmaq və hərəkətsiz qalmaq əmr oluna bilərdi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan: “Terror aktı ilə bağlı 20-dək İŞİD üzvü həbs olunub”

    Ərdoğan: “Terror aktı ilə bağlı 20-dək İŞİD üzvü ...

    2-07-2016, 23:22

  • 
  • İstanbulun Atatürk aeroportu terrorçuların hücumundan sonra fəaliyyətini bərpa edib

    İstanbulun Atatürk aeroportu terrorçuların ...

    29-06-2016, 11:10

  • 
  • Türkiyə uçurumun kənarında – Ərdoğan getməlidir (VİDEO)

    Türkiyə uçurumun kənarında – Ərdoğan getməlidir ...

    1-07-2016, 23:44

  • 
  • PKK-dan İstanbuldakı terror aktı ilə bağlı AÇIQLAMA

    PKK-dan İstanbuldakı terror aktı ilə bağlı ...

    29-06-2016, 11:07

  • 
  • Moskvanı partlatmaq istəyənlərdən biri - Azərbaycanlı olub

    Moskvanı partlatmaq istəyənlərdən biri - ...

    5-05-2016, 11:49


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu