GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Türkiyə uçurumun kənarında – Ərdoğan getməlidir (VİDEO)

Türkiyə uçurumun kənarında – Ərdoğan getməlidir (VİDEO)

Tarix: 1-07-2016, 23:44 Bölmə :Dünya Baxış: 884
Türkiyə uçurumun kənarında – Ərdoğan getməlidir (VİDEO)

AKP milli qüvvələri məhv edib, Türkiyənin dostlarını isə düşmənə çevirib

Qardaş Türkiyə daha bir terror aktı ilə sarsıldı. Bir vaxtlar biz İraqda tez-tez terror aktlarının baş verdiyi barədə xəbərləri oxuyurduq. Hazırda Türkiyə terror hücumlarının intensivliyinə görə İraqı xatırladır. Az qala hər gün qardaş Türkiyənin hansısa bölgəsində terrorçular dinc əhaliyə, polisə, inzibati binalara hücum edir. Onlarla insan qətlə yetirilir. Nədən Türkiyə bu hala gəldi?

Türkiyə qosqoca bir dövlətdir. Bu dövlət yüzillərcə dünyaya hökm etmiş nəhəng şəxsiyyətlər yetişdirib. Dövlətçilik ənənləri zəngin olan Türkiyə niyə indi bir ovuc terrorçunun əlində girinc qalıb. Bunun bir səbəb var. O da bu ki, hazırda Türkiyədə hakimiyyətdə olanların, konkret olaraq, Ərdoğanın düzgün siyasət aparmamasıdır. Ərdoğanın siyasəti nəticəsində Türkiyənin dünyanın əksər güclü dövlətləri ilə münasibətləri gərginləşib. Bu da təbii ki, öz nəticəsini göstərməkdədir. Onun xarici siyasəti Türkiyənin düşmənlərinin sayını artırıb. Hətta bir çox dost dövlətlər də indi Türkiyəyə düşmən kəsilib. Ərdoğanın adı indi terrorçularla əməkdaşlıqda belə halandırılır. Bu, utancvericidir. Xarici siyasəti kimi daxili siyasəti də bərbad vəziyyətdə olan bu şəxs ölkədə molla rejimi qurub, milli qüvvələri tamamilə məhv edib, millətçi hərbçilər, Ergenekonçular hələ də basqı altında, həbsxanadadırlar. Türkiyə bu gün təklənmiş vəziyyətdədir. Ölkə daxilində isə müxalifət sıradan çıxarıldığından AKP çetesi hakimi-mütləqdir.

Siyasi şərhçilərin fikrincə, hazırda Türkiyədə terror aktlarının baş verməsinin 3 səbəbi var. Birinci səbəb dövlətin, daha doğrusu, Ərdoğan hökumətinin yürütdüyü iqtisadi, siyasi, ictimai, milli siyasətin qüsurları ilə bağlıdır. Yəni, terrorçular danışıq, dinc və sövdələşmə yolu ilə əldə edə bilmədiklərini terror yolu ilə əldə etmək istəyirlər. İkinci səbəb xarici dövlətlərin Türkiyəni parçalamaq, məhv etmək istəyidir. Baxmayaraq ki, Türkiyə NATO-nun üzvüdür, güclü ordusu, güclü iqtisadiyyatı var. Amma əsrlər boyu davam edən türk dövlətinin parçalanması və məhvi siyasəti Rusiyanın geosiyasi məqsədlərindən biridir və davam edir.

Üçüncüsü də onunla bağlıdır ki, Türkiyənin hüquq-mühafizə orqanları kifayət qədər səmərəli işləmir. Baxmayaraq ki, Türkiyə Daxili İşlər Nazirliyi, jandarmeriya və təhlükəsizlik xidməti çox güclüdür. Amma görünür, terrorun qarşısını almağı bacarmırlar. Türkiyədə törədilən terror aktları bu üç səbəbdən qidalanır.

İstanbulda törədilən son terror aktının hansısa hadisələrlə əlaqələndirilməsi üçün sözsüz ki, müəyyən əsaslar da var. Amma daha mühüm amil ölkənin daxili ictimai-siyasi, sosial-iqtisadi vəziyyətidir.

Bu gün yad güclər, türk düşmənləri Türkiyə dövlətini məhv etmək istəyirlər. Turizm sektoruna ağır zərbələr vurmaq, xaricdə Türkiyənin sabit, əmin-amanlığın hökm sürdüyü dövlət imicini dağıtmaq, vətəndaşlarda dövlətin gücünə olan inama şübhə toxumu səpmək, insanları qorxutmaq, Türkiyəni hansısa güzəştlərə məcbur etmək istəyirlər. Bu qüvvələr Türkiyənin bədxahları, Türkiyəni, onun dövlətini sevməyən qüvvələrdir.

Bu gün başda ABŞ olmaqla, Almaniya, Britaniya, Fransa, İsrail, Rusiya, İran, Suriya, Səudiyyə Ərəbistanı, Yunanıstan, Ermənistan və başqa dövlətlər Türkiyə ilə gərgin münasibətlərdədir. Onların bəziləri tarixən Türkiyəyə düşmən kəsilib. Bəzilərini isə Türkiyə ilə Ərdoğan düşmən edib. Dostlar, müttəfiqlər düşmənə çevrilib. İndi bu dövlətlərin bəzilər ilə , məsələn Rusiya və İsraillə münasibətləri qaydaya salmağa cəhd göstərilsə də, münasibətlərdəki etibarlılığı bərpa etmək üçün hələ uzun zaman lazımdır. Təkcə dövlətlər deyil, terror təşkilatları da Türkiyəni hədəfə alıb. PKK azmış kimi Ərdoğanın sayəsində İŞİD də Türkiyəyə düşmən kəsilib.

Artıq İstanbulun Atatürk Hava Limanında dəhşətli terror hücumları həyata keçirən terrorçuların hansı ölkə vətəndaşları olduqları və hücumu necə həyata keçirdiklərinin təfərrüatları ilə üzə çıxıb.
Türkiyə KİV-lərinə məlum olan bu təfərrüatlar təhlükəsizlik orqanlarının hava limanının təhlükəsizliyinin təmin edilməsinə dair yetərli peşəkarlıq nümayiş etdirmədiyini də göstərir.
Məlum olub ki, terrorçulardan biri milliyətcə çeçen olmaqla Rusiya vətəndaşı, digər ikisi isə Özbəkistan vətəndaşıdır. Onlar Türkiyəyə 32 gün əvvəl İŞİD-in “paytaxtı” Rakka şəhərindən göndərilib. Terrorçular İstanbulun Fatih Horhor səmtində çoxmərtəbəli binada mənzil kirayələyib.
İstanbul Atatürk hava limanında 42 nəfərin ölümü və 239 nəfərin yaralanmasına səbəb olan üç terrorçu kamikadzedən biri Dağıstan əsilli Rusiya vətəndaşı Osman Vadinovdur.


Onu da qeyd edək ki, Türkiyədə yaşanan məlum terror hadisəsindən sonra gərginlik davam edir. Türkiyəli millət vəkili Ərən Ərdəm hakim partiya AKP-nin İŞİD-lə əlaqələrini sübut edən sənədləri nümayiş etdirib. Sənədlərin göstərildiyi video qısa zamanda sosial şəbəkələrdə böyük maraq yaradıb.
CHP İstanbul Millət vəkili Eren Erdem, İstanbul Atatürk Hava limanı xarici xəttlər terminalında reallaşan hücumun ardından IŞİD-in Türkiyə quruluşlanması haqqında danışması TBMM Baş Məclisinin qarışdırıb.

Erdem AKP ilə IŞİD arasında əlaqə olduğunu iddia edir.
Türkiyədə IŞİD-lə əlaqəli 14 ayrı istintaq işinin icra edildiyini ifadə edən Ərdəm deyib ki, İŞİD Türkiyədə təşkilatlanmaqdadır.
O, bildirib ki, İŞİD-çi İ.B. 2011-ci ildən etibarən Türkiyədən Suriyaya 1800 terrorçu keçirib: “İ.B.-nın danışıqları var. O deyir ki, mən bir ünvan söyləyəcəyəm, sizi oradan avtomobil götürəcək. O, ünvan verir, ertəsi gün avtomobil gedir, onları alır və terroçularSuriyaya gedir. Hanı, haradadır təhlükəsizlik? Faylı verim araşdırın birlikdə görək. Antepdə IŞİD-ə qatılmaq istəyənlərə “Bu oteldə qal, biz səni göndərəcəyik” deyilir. Sonra adam oraya gedib o oteldə qalır ertəsi gün avtomobilə minib Suriyaya gedir.
Keçdiyimiz aylarda sərbəst buraxılan Əbu Hanzalayı xatırladan Ərdəm deyib: "Bu şəxsin adı 3 ayrı istintaqda keçir. Əfqanıstanda Əl-Qaidə quruluşlanması faylında adı var, Türkiyədə terrorçu yetişdirdiyi iddiası var, Suriyada mərkəz düşərgə dedikləri Rakkaya Türkiyədən terroçu göndərmiş, evində axtarışlar zamanı silah-sursat tapılıb və bu adam sərbəst gəzib dolanır. Alimlər, tələbələr, jurnalistlər həbsxanada amma bu kəslər sərbəstdir. Soruşuram, bunun adı nədir? "
IŞİD-in Türkiyədə təbliğ edildiyini ifadə edən Ərdəm deyib: "Əlimde IŞİD-in jurnalı var və 5 sayını çıxarmışlar. IŞİD bu jurnalla təşkilatlanır, kitab evi jurnalları hücrələrə göndərir, dövlətin bundan xəbəri var. Bu jurnalın basıldığı mətbəə daxil heç bir yerdə əməliyyat aparılmır.

Digər tərəfdən Ankara hücumunun baş məsulu İ. B. 'Məni tapmaq istəyən bura gəlsin' deyir. Bu kürsüdə bir millət vəkili çox iddialı bir söz deyirəm, bunların belə olmadığını isbat etməyən şərəfsiz, namussuzdur. Bu komissiyası qurun, əgər mən bunu ispat etməsəm, şərəfsiz, namussuzam, buna sözə verirəm. On min səhifəlik sənəd var. Çox sadə bir sual soruşuram, MİT TIR-ları faylındakı gizliliyi nədən aradan qaldırmırsınız? Hər kəsi “paralelçi” adlandırısız. Davudoğlu o TIR-rlar türkmənlər üçün gedir deyirdi, ancaq bu sizing biznesinizdir. O TIR-lar vallah türkmənlərə heç nə aparmır. Bu ziddiyyəti müzakirə etmək qadağan olunub”.


CHP-çi Erdem bu sözlərlə çıxışına davam edib:
"Hz. Əliylə Müaviyə arasında yaşandığı iddia edilən bir hadisə var. Kufə Ali tərəfdarılarının yaşadığı bir şəhərdir, Şamda da Müaviyə validir. Kufədən bir Ərəb dişi dəvəyə minib Şama gedir, Şamın girişində bir Şamlı gəlir və “O dəvə erkəkdir və mənimdir” deyər. Kufəli buna etiraz edincə Şamlı “Gəl gedib Şamda validən soruşaq” deyir və və Müaviyənin yanına gedərlər. Müaviyə isə xalqı yığır, tərəfləri dinləyir və “Mən də bu dəvənin erkək olduğuna və şamlinin olduğuna inandım” deyib xalqadan da soruşur, onlar da eyni şəkildə “Dəvə erkəkdir və Şamlınındır” deyincə Müaviyə Kufəyə getmək üzrə yola deşəm kufeliyə “Get Əliyə söylə, Şamda dişi dəvə ilə erkək dəvəni ayırd edə bilməyən, Müaviyə nə desə ona beyət edən 10 min adam var” deyir. Bu gün Türkiyədə də bu durumdir. Biz nə desək, deyirlər səhv deyirsiniz".
Bu arada onu da qeyd edək ki, Ankarada 100 adamın həyatını itirdiyi terror hücumu ilə bağlı aparılan istintaq çərçivəsində İŞİD-in Türkiyəni hədəf seçməsinə dair ilginc yazışmalar ortaya çıxıb. Bu yazışmalarda İŞİD-in Türkiyəyə müharibə elan etdiyi, qardaş ölkənin hava limanlarını da hədəf olaraq seçdiyi məlum olub.

Bildirilir ki, İŞİD-in Gaziantep Əmiri ilə Suriyada yaşayan Türkiyə vətəndaşı İlhami Balı arasındakı şifrəli yazışmalarda Türkiyəni sarsıtmaq üçün terror aktlarının həyata keçirilməsinə dair konkret təlimatlar var.

Yazışmalardan birində deyilir:

“… Lakin Türkiyə bizə (İŞİD-ə) müharibə elan etdi, qardaşlarımızı, bacılarımızı, yollarda tutub ölkələrinə göndərir. Biz də elan edirik dedi, vurun deyir; mən də kimi dedim? Əlinizdəki hazır proqramı olan PKK, turistik bölgə, Türk əsgəri, hərbçisi – heç fərq etməz deyir, qardaşım neçə dənə cihadçı istəsən, adam göndərəcək. Möminlərin ürəklərinə su səp qardaşım. İstəsən PKK-nı, istəsən Türkiyəni, istəsən turistik bölgələri vur ki, biz də bir az sevinək”.

Türkiyə mətbuatı yazır ki, bu yazışmalarda Türkiyənin bir sıra dövlət obyektlərinin, o cümlədən hərbi hissələrin, jandarmeriyaların, hava limanlarının vurulmasına dair təlimatlar əks olunub.

Göründüyü kimi, Ərdoğan Türkiyəni uçurumun kənarına gətirib. Türkiyə düşmənləri tam gücü ilə hücum keçib. Bir tərəfdən saxta erməni soyqırımı tanınır, bir tərəfdən Qərb dövlətləri bütün mümkün vasitələrlə Türkiyəni sıxışdırır, digər tərəfdən də terrorçular. PKK-nın Türkiyədə axıtdığı qanlar azmış kimi, artıq bir ildir ki, 6 aydan çoxdur ki, İŞİD terrorçuları Türkiyədə dəhşətli qətliamlar törətməyə davam edirlər. Türkiyənin uçuruma yuvarlanmamasının tək yolu Ərdoğanın istefa verib hakimiyyətdən getməsi, sağlam qüvvələrin hakimiyyətə gələməsidir.



Samir

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 80
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • “İndi birlikdə və güclü olmanın zamanıdır”

    “İndi birlikdə və güclü olmanın zamanıdır” ...

    14-03-2016, 22:43

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33

  • 
  • Müxalifət Türkiyə səfirliyinin qarşısında

    Müxalifət Türkiyə səfirliyinin qarşısında ...

    19-02-2016, 16:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu