Ötən gecə Almaniyanın paytaxtı Berlində solçu fəallarla qarşıdurmada bir neçə polis əməkdaşı xəsarət alıb.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, asayiş pozucularının və xəsarət almış mülki şəxslərin dəqiq sayı açıqlanmır.
2 minə yaxın fəal Fridrixshayn rayonunda "alternativ yaşayış layihəsi" adı altında köçürülməyə qarşı nümayiş keçiriblər. Söhbət boş sahələrin qanunsuz zəbt edilməsindən gedir.
KİV-in məlumatına əsasən, nümayiş əvvəlcə sakit keçib, lakin sonra radikal əhvali-ruhiyyəli bir qrup iştirakçı polisə daş və butulka atıb. Nəticədə bir çox evlərin şüşələri sınıb, bir neçə polis maşınına ziyan dəyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?