Türkiyə meqapolisi İstanbulda, Bosfor boğazının yaxınlığındakı Sirkəçi səmtində tramvay dayanacağında bomba həyəcanı yaşanıb.
Türkiyə mediasının verdiyi xəbərə görə, həyəcana səbəb tramvay dayanacağındakı şübhəli paket olub. Araşdırma zamanı tramvay yolunda hərəkət hər iki istiqamətə dayandırılıb. Şübhəli paket məsafədən idarə olunan mexanizmləi partladıb və nəqliyyatın hərəkəti bərpa olunub.
Qeyd edək ki, Ataterk hava limanında baş verən partlayışdan sonra əhali daha diqqətli olmağa çalışır, hər hansı bir şübhəli, yiyəsiz çanta və ya torba gördükdə polislərə, istehkamçılara xəbər verirlər.
Sirkəçi səmti isə İstanbulun turistlərlə qaynayan önəmli məkanlarından biridir.
Sorğu
Yeni dizaynımız necədir?