Prezident Abdulla Gül Daxili Xidmət Məcəlləsinin 35-ci maddəsinə dəyişiklikləri təsdiqlədi
Türkiyə prezidenti Abdulla Gül Daxili Xidmət Məcəlləsinin hərbi çevrilişlərə əsas kimi göstərilən qanun maddəsinin dəyişdirilməsi barədə qanunu təsdiqləyib. Bundan sonra Türkiyə ordusunun hərbi çevriliş üçün hüquqi əsası qalmır.
Qeyd edək ki, Daxili Xidmət Məcəlləsinin 35-ci maddəsinin dəyişdirilməsini nəzərdə tutan qanun layihəsi baş nazir Ərdoğanın komandası tərəfindən hazırlanıb. Türkiyə Silahlı Qüvələrinin Daxili Xidmət Məcəlləsinin 35-ci maddəsində “Silahlı Qüvvələrin vəzifəsi Türk yurdunu və konstitusiya ilə tənzimlənən Türkiyə Cümhuriyyətini mühafizə və müdafiə etməkdir” sözləri yazılıb. Bu maddəni əvəzləyəcək maddə isə belədir: “Silahlı Qüvvələrin vəzifəsi xaricdən gələcək təhdid və təhlükələrə qarşı daşındırıcılığı təmin edəcək şəkildə hərbi qüvvələrin mühafizəsini və qüvvətlənməsini təmin etmək, Türkiyə Böyük Millət Məclisinin qərarı ilə ölkə xaricində verilən vəzifələri icra etmək və beynəlxalq sülhün təmininə dəstək verməkdir”.
Türkiyə müxalifəti bu qanun layihəsinin hazırlanaraq parlamentdə qəbul edilməsini baş nazir Ərdoğanın orduya təzyiq göstərərək öz nəzarətinə keçirmək kimi dəyərləndirirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?