"21.07. 2016 tarixindən etibarən 3 ay boyunca ölkə daxilində elan edilən fövqəladə vəziyyət rejimi vətəndaşların haq və azadlıqlarına yönəlmiş təhdidə qarşı dövlətin mübarizə apara bilməsi məqsədilə təhlükəsizlik tədbirlərini artırmaq üçün konstitutsion hüquq qaydaları çərçivəsində tətbiq ediləcək tədbirlər paketidir".
gundemxeber.az bildirir ki, bu barədə APA-ya Türkiyə səfirliyinin mətbuat xidmətindən daxil olan məlumatda deyilir.
Məlumatda bildirilir ki, tədbirlər paketinin əsas hüquq və azadlıqları məhdudlaşdırıcı bir xüsusiyyəti yoxdur: "Tətbiq ediləcək təhlükəsizlik tədbirləri vətəndaşların gündəlik yaşayışlarına, ölkəmizə gələcək səyahətçilərin tətillərinə heç bir şəkildə təsir etməyəcək, beynəlxalq turizm fəaliyyətlərinə və hava nəqliyyatına hər hansı əngəl təşkil etməyəcək. Bütün istiqamətlər üzrə gələcək qonaqlarımızın tətillərini təhlükəsiz şəkldə keçirmələri ilə bağlı hər hansı mənfi bir vəziyyətdən söhbət gedə bilməz".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?