GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İrəvanda qanlı gecə

İrəvanda qanlı gecə

Tarix: 27-07-2016, 12:05 Bölmə :Dünya Baxış: 584
İrəvanda qanlı gecə

Xüsusi müxbirimiz xəbər verir ki, polis alayının binası qarşısında silahlıları dəstəkləyən 30-dək etirazçı saxlanılıb.

Onların arasında uşaqlar, qadınlar, qocalar və "Asparez" qəzetinin redaktoru Levan Barseqyan da var. Bundan başqa, qiyamçılardan Aram Akobyan da güc strukturlarının əlinə keçib.

Polislər Ermənistan prezidenti Serj Sarkisyanın istefası tələbinin əks olunduğu plakatları cırıblar.

Xatırladaq ki,ötən gecə atışma nəticəsində silahlı qrupun 4 üzvünün yaralandığı və iki üzvünün polisə təslim olduğu bildirilib.

02:32

Hökumət qüvvələri qiyamçı Qaqik Yeqiazaryanı girov götürüblər.

Yerevanda qiyamçıları dəstəkləmək üçün küçələrə çıxmış mülki şəxslərin həbsi başlayıb.

Polis səddi yaxınlığında isə 3 müxalifət fəalı saxlanılıb.

02:12

Ermənistan xüsusi təyinatlıları 10 gündür post-patrul alayını ələ keçirmiş qiyamçılara qarşı hücuma başlayıb.

Xüsusi müxbirimiz bildirir ki, hücum nəticəsində qiyamçıların liderlərindən biri Pavlik Manukyan, onun oğlu Aram Manukyan, daha bir qiyamçı və üç polis yaralanıb.

Döyüşlər gedir...

02:00

Veteranlar Birliyi də mitinq iştirakçılarına qoşulub. Bu barədə bu gün mitinqə gələn polkovnik Razmik Petrosyan bəyan edib. Razmik Petrosyan Serj Sarkisyan rejiminə qarşı barışmaz mövqeyi ilə tanınır.

01:52

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi məlumata görə, Ermənistan Polisinin qiyamçıların nizamsız şəkildə ətrafa atəş açmaları barədə açıqlaması həqiqəti əks etdirmir. Onun yazdığına görə, bu, sadəcə qiyamçıların onları dəstəkləyən mitinq iştirakçılarını salamlamalarının bir formasıdır və bu üsuldan dəfələrlə əvvəllər də istifadə olunub.

Bundan başqa, polis bəyan etmişdi ki, silah saxladıqlarına görə 3 nəfəri həbs edib. Amma onlardan heç bir silah tapılmayıb. İnsident axşam saat 20-də baş versə də, əhali bu barədə yalnız 3 saat sonra tribunaya çıxan "Asparez" qəzetinin redaktoru Levon Baresgyanın çıxışından xəbər tutub.

Müxbirimiz onu da bildirir ki, mülki geyimli insanlar mitinq keçirilən meydanın yaxınlığında fəalları həbs edir, onları nömrəsi olmayan maşınlara basaraq naməlum istiqamətə aparırlar.

01:07

Ermənistanda post-patrul xidmətinin binasını ələ keçirən silahlılar ətrafa nizamsız atəş açırlar.

Bunu Ermənistan Polisinin mətbuat katibi Aşot Aqaronyan RİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, silahlıların atəşi hazırda da davam edir: “Onlar ətrafda yaşayan dinc sakinlər və orada olan polislər üçün təhlükə yaradır”.

00:19

İrəvanda polis polkunu ələ keçirilən üsyançılara dəstək aksiyasına on minlərlə insan gəlib. Xüsusi müxbirimiz Vahan Martirosyan bildirir ki, irimiqyaslı etiraz aksiyası bu dəqiqələrdə Xorenatsi küçəsində davam edir.

Düzdür, Ermənistan polisi əvvəlcədən xəbərdarlıq etmişdi ki, nümayiş keçirməyə cəhd olsa, qarşısı alınacaq. Amma yürüşə qoşulanların sayı, gec olmasına baxmayaraq, hər saat artmaqdadır.

23:15

İrəvanda patrul xidməti alayının binasını zəbt etmiş qiyamçılara dəstək məqsədilə Xorenatsi küçəsində keçirilən aksiyaya toplaşan müxalifət təmsilçiləri Ermənistanın kiçik mərkəzi hesab oluna ərazidə yürüşə başlayıblar.

Etirazçılar Milli Təhlükəsizlik Xidmətinin və Ermənistan Polisinin yerləşdiyi Nalbandyan küçəsi ilə hərəkət edərək Respublika Meydanını keçmək və yenidən Xorenatsi küçəsinə qayıtmaq istəyirlər.

** Ermənistanın ən məşhur müğənni və bəstəkarlarından biri Ruben Haqverdyan üsyançıları dəstəkləyib.

Virtualaz.org-un xüsusi müxbiri bildirir ki, R.Haqverdyan deyib: "Mən bir şeyi bilirəm: Serjik Sarkisyanı hakimiyyətə Rusiya xüsusi xidməti gətirib və bu gün də əlindən gələni edir ki, onu postunda saxlasın. Sarkisyan da əvəzində xalqımızı məhv edib, Ermənistanı Rusiyanın poliqonuna çevirmək istəyir”.

21:52

İrəvanda qiyamçılar tərəfindən ələ keçirilmiş polis polku alayı ətrafına içərisində güc strukturlarının xüsusu qüvvələrinin olduğu 5 avtobus gətirilib.

Şahidlər qiyamçılara qarşı xüsusi əməliyyatın keçiriləcəyini istisna etmirlər.

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi məlumata görə, bu arada Ermənistan Polisinin keçmiş rəhbəri Aşot Manuçaryan sensasiyalı bəyanatla çıxış edib. Onun sözlərinə görə, üsyançılar və hakimiyyət orqanları arasında danışıqlarda vasitəçi Qarabağ separatçılarının keçmiş lideri Arkadi Qukasyan ola bilər.

Erməni polisi də öz növbəsində bəyanat yayaraq xəbərdarlıq edib ki, Xorenatsi küçəsində təkrar mitinqlərə cəhd olsa, buna imkan verməyəcəklər.

19:00

Ermənistan Milli Təhlükəsizlik Xidməti bu dəqiqələrdə xüsusi bəyanat yayıb.

Virtualaz.org-un məlumatına görə, bəyanatda deyilir: "Silahlı qruplaşmanın cinayətkar davranışları getdikcə bütün sərhədləri keçərək daha təhlükəli xarakter alır.

Ermənistan Polisinin patrul-mühafizə alayının binasını nəzarətdə saxlayan silahlı qruplaşma üzvləri yeni cinayətlər törətməməklə bağlı çoxsaylı çağırışların əksinə olaraq hüquq-mühafizə orqanları əməkdaşlarının həyat və sağlamlığına qəsd etməyə, onların əmlakını məhv etməyə davam ediblər. Məhz onların hərəkətlərinin nəticəsi idi ki, iyulun 26-na keçən gecə atışma baş verdi və qan töküldü.

Cinayətkar qrupun niyyətləri və fəaliyyətləri barədə məlumatlı olduğumuz üçün xəbərdarlıq edirik: İnsanların həyat və sağlamlığına olan bütün təhdidlər qanuni cavab tədbirləri ilə dərhal neytrallaşdırılacaq”.

Ermənistan xüsusi xidmət qiyamçılar arasındakı söhbətin səsyazısını da yayıb.



11:00

Bu gecə İrəvanda post-patrul polisi alayının binasını nəzarətdə saxlayan silahlı qrupla atışma baş verib.

Atışma zamanı silahlı qrupun üzvləri Aşot Petrosyan və Ovanes Arutyunyan yaralanıblar, onlar xəstəxanaya aparılıb.

Səhərə yaxın isə silahlıları dəstəkləyənlərdən Artur Sərkisyan avtomobilini ərzaqla dolduraraq polkun ərazisinə daxil olmaq istəyib. Lakin polislər hər tərəfdən onun avtomobilinə atəş açıblar. Buna baxmayaraq Artur yaraqlılara yemək çatdıra bilib.

İrəvanda qanlı gecə
İrəvanda qanlı gecə
İrəvanda qanlı gecə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Sarkisyan istefaya gedir" - Paruyr Ayrikyan (Yenilənib)

    "Sarkisyan istefaya gedir" - Paruyr ...

    20-07-2016, 18:07

  • 
  • İrəvanda etiraz aksiyası: minlərlə insan küçələrə çıxıb

    İrəvanda etiraz aksiyası: minlərlə insan küçələrə ...

    23-07-2016, 01:27

  • 
  • Sarkisyanın evinə hücum (FOTO)

    Sarkisyanın evinə hücum (FOTO) ...

    15-12-2014, 20:27

  • 
  • Ermənistanda qiyamçılarla danışıqlar BAŞLADI: SON 2 SAAT (YENİLƏNİB)

    Ermənistanda qiyamçılarla danışıqlar BAŞLADI: SON ...

    20-07-2016, 02:00

  • 
  • Fəvvarələr meydanında aksiya dağıdıldı, həbslər var - (Yenilənib 16:01)

    Fəvvarələr meydanında aksiya dağıdıldı, həbslər ...

    29-12-2013, 16:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu