Suriyada fəaliyyət göstərən Nüsrə Cəbhəsi qruplaşması Əl-Qaidədən ayrılıb.
Bu barədə Əl-Qaidə terror qruplaşması tərəfindən internetdə yayımlanan səs yazısında deyilib.
Məlumata görə, terrorçular Suriyada müharibənin davam etdirilməsi üçün lazımi addımların atılmasının vacibliyini vurğulayıblar:
“Dəməşqdəki qardaşlarımızın müəyyən gücə və nüfuza çatdıqları, həmçinin nəzarətindəki bölgələri şəriət qaydaları ilə idarə etdikləri məlumdur. Bu səbəbdən birlik və ümmət adına qəbul ediləcək qərarları gözləyirik”.
Qeyd edək ki, Suriyada Əsəd rejiminə qarşı vuruşan Nüsrə Cəbhəsi Əl-Qaidəyə biət etdiyi üçün BMT tərəfindən terror qruplaşması olaraq qəbul edilib.
Sorğu
Yeni dizaynımız necədir?