İstanbul İstanbul olalı Rusiya hələ İmperiya deyildi.
Amma bir neçə yüz il bəs etmişdi ki, dünyanın ən böyük imperiyasına çevirilən Rusiya cənub sərhəddində, Avropa çıxışında tıxaca düşdü. Osmanlı dövlətinin üç qitədəki hegemoniyası Rusiyanın gələcəkdəki Asiya və cənub xəttinə yönəlmiş siyasətini təhdid altına almağa başladı. Uzun bir qarşıdurma tarixi yaşandı, sonra Dünya müharibəsi hər iki imperiyanın varlığına son qoydu. Anadolunun bağrında çırpınıb, qalxan Atatürk yeni Türkiyəni, Lenin isə SSRİ-ni qurdu. 40 – ci illərin qlobal maraqlarının dəyişməsi, Atlantikçi Türkiyə doğdu. Beləcə, 70 illik düşmən münasibətlər Rusiya və Türkiyənin əlaqələrində Ərdoğan və Putin faktoru ilə yeni müstəviyə keçdi. Araqlıq dəniz iqlim tipinin, Akdenizin misilsiz gözəlliklərini öz ecazkar görünüşləri ilə bəzəyən rus qızlarının axını iki ölkənin də siyasətinin əsas gözəlliyi oldu. Milyardlarla dollara dayanan rus turistlərindən əldə edlən gəlir sayəsində Türkiyənin sahilboyu şəhərləri dünya incilərinə çevirildi. O mənhus gün
24 oktyabr 2015-ci il Rusiyanın Suriya daxilində əməliyyat aparan qırıcı təyyarəsinin sərhəddi pozarkən Türk F-16-ları tərəfindən vurulması bütün salam-sağolu kəsdi. Rusiyanın diplomatik strukturunu bu basdı. Soyuq kuluarların qərarları sərhədlərdə milyardlarla paraların itkisinə, iki böyük ölkənin toqquşması isə düşmən hisslərlə yaşayan Qərbin qələbəsinə səbəb verdi. Son 10 ildə sağlam və vazkeçilməz təməllər üzərində inşa edilən münasibətlərə balta çalındı. Moskvanın dalbadal Türkiyəyə tətbiq etdiyi sanksiyalar isə onurğa sütununun sınmasına gətirdi. Ölüdürücü qərarlar isə hər iki ölkədə milyardları suya tullamaq kimi bir şey oldu. Rusiya üzr gözlədi, Türkiyə buna ehtiyac olmadığını bildirdi. Arxasınca Rusiyadan Türkiyənin İŞİD-lə əlaqəli işlədiyini, ondan neft aldığı yönündə iddialar səsləndi. Rusiya buna görə ilk olaraq, Suriya kürdlərinin terror təşkilatı ola PYD-ə dəstək verdi, Moskvada nümayəndəliyin açdırdı. Amma bu heç də xoş sonlanmadı. Suriyada İŞİD-ə qarşı birgə savaşan Rusiya və ABŞ PYD məsələsində uzalaşa bilmədilər. İranın da dəstəyi ilə şiələri gücləndirən Rusiya PYD və ABŞ-la üz-üzə qaldı. Üçlü məsələ
Əsəd, İran və Rusiya üçlüyü artıq türkmənləri hədəfə almağa başladı. Türkiyə isə bu müddətdə daxilində artan terror, separatizm meyllərinə qarşı mübarizəyə daha çox yer ayırmağa başladı. İki ölkə arasındakı qadağalara görə Türkiyədən gələn məhsullar yön dəyişdirdi və başqa ölkələrə satıldı. Hər iki ölkənin iqtisadi itkisi bir neçə milyard dollara çatdı. Tükiyənin qan damarı olan yay turizminin gəlişi və rusların olmaması sektoru ciddi böhrana sürüklədi. Avropada olanlar
Aprel ayından etibarən hər şey dəyişdi. Türkiyə ilk olaraq İsraillə danışıqlarda uğurlar əldə etdi. Daha ciddi addım isə Avropada baş verənlərdən sonra atıldı. AB-nin dağılmağa başlaması, İngiltərənin ABD-dən çıxması, Türkiyənin üzvlüyünün sual altında qalması və qaçqın məsələsində Tükiyənin 5 milyona yaxın mültəci ilə baş-başa qalması və nəhayət, Avropanı ağuşuna alan silsilə terror aktları Türkiyənin siyasətini yenidən inşa etməyə təkan verdi. Paralel olaraq, Rusiya ilə barışıq üçün addımlar atıldı. 15 iyulun qiyama cəhd
Türkiyədə gülənçilərin qiyam cəhdindən sonra ölkə rəhbərliyi tərəddüdə son qoydu və Rusiya ilə əməli tərəfdaşlığa açıq olduğunu bildirdi. Ərdoğan hakimiyyətinə qarşı sui-qəsdçilərlə bağlı gecikmədən ortaya mövqe qoyan Putin höküməti Türkiyənin yanında olduğunu etiraf etdi. Qısa zaman kəsimindən sonra Ərdoğanın Rusiyaya səfəri razılaşdırlıdı. Dünən 9 avqust tarixində Putinlə Ərdoğan təyyarə qalmaqalından sonra və Türkiyədə qiyama cəhddən sonra ilk dəfə görüşdülər. Bütün dünyanın izlədiyi görüş Sankt-Peterburqda baş tutu.
Rusiya- Türkiyə: Kim nə qazanacaq? Əzəli və əbədi müttəfiqi olan ABŞ-ı Gülən məsələsində tərəf tutduğu üçün əfv etməyən Ərdoğan Rusiya ilə geniş formatda əməkdaşlıq üçün razılığa gəldi. Bəs, burda kimin qazancı nədir? İki ölkə 2016-2019-cu illəri əhatə edən ortamüddətli proqram üçün razılığa gəliblər. 1. Yüksək səviyyəli şuranın işi yenidən canladırılacaq; 2. Çarter uçuşları başlayacaq; 3. Kənd təsərrüfatı məhsullarına qoyulan qadağalar aradan qaldırılır; 4. Türk inşaatçılara yönəlik yasaqlar qaldırılacaq; 5. Vizasız rejim tam təşəkkül tapacaq; 6. Akkuyu stansiyasına strateji status veriləcək; 7. Akkuyu projesi sürətləndiriləcək; 8. Türk Rus ortaq sərmayə fondu qurulacaq; 9. Müdafiə sənayesində işbirliyi artırılacaq; 10. Türkiyə-Rusiya-Azərbaycan üçlü zirvə mexanizmi qurulacaq; 11. Ankara-Moskova əlaqələri bir güvən və dostluq xətti halına gətiriləcək; 12. Türk Axımı projesi sürəti şəkildə həyata keçiriləcək; Qeyd əvəzi: Rusiya-Türkiyə əlaqələrindən ən çox əziyyət çəkən kütlə şübhəsiz ki, birinci növbədə türk turizm sektoru, ikinci növbədə isə subtropik iqlimin və türk müsafirliyinin heyranı olan rus qızlarının istəkləri oldu. Rusiya hökümətinin bütün qadağalarına baxmayaraq, Türkiyəyə alternativ kimi Krımı hazırlasalar da, heç bir qadağa işə yaramadı və gənc, çoxmilyonluq kütlənin qarşısını almaq, tabe etmək mümkün olmadı. Bu gün üçün həmin kəsim sevinir, əvəzində isə Türkiyə büdcəsi milyardlar qazanır və itirilmiş 4 milyon rus turist artıq Antaliya qapılarına dayandı.(gununsəsi.info)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?