Ermənistan mətbuatında bu ölkənin müdafiə naziri Seyran Ohanyanı rüsvay edən yazılar peyda olub.
gundemxeber.az baku.ws-yə istinadən bildirir ki, birinci Qarabağ savaşında körpə və qadınlara divan tutmaqla ad çıxarmış, sonradan bu "xidmətləri"nə görə Ermənistanda ordunun başına gətirilmiş Ohanyanın həyat yoldaşı Ruzan ilə fotoları üzə çıxıb. Qəribəsi ondadır ki, bu fotolar Seyran Ohanyanın Serj Sarkisyanın yerinə Ermənistanda prezident postuna gətiriləcəyi söz-söhbətindən sonra internetdə görünüb. Fotolarda Seyran Ohanyanın arvadı Ruzanın donu ilə eyni rəngdə çəhrayı köhnək geyinərək poz verməsi görünür. Bu foto erməni sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. Bəziləri həyat yoldaşının Seyran Ohanyan üzərində tam hökmranlıq etdiyinə diqqət çəkiblər.
"Ohanyanın üz ifadəsində onun bu vəziyyətdə olmasından narazı olduğu görünür. Ancaq neyləsin ki, arvadının sözündən çıxa bilmir. O sanki yalvarır ki, məni bu vəziyyətdən xilas edin", - deyə bəzi erməni istifadəçiləri Feysbukda yazıblar. "Həyat yoldaşı qarşısında aciz qalan bir nəfər orduya necə rəhbərlik edə bilər? Onu orduya rəhbərlik etmək kimi ağır yükdən azad etmək lazımdır", - deyə başqaları yazıb.
Bundan başqa erməni mətbuatı Nikolay Bardyujadan sonra boşalacaq KTMT sədri postuna Seyran Ohanyanın gətiriləcəyini yazır. Onlar bu təyinatla da Seyran Ohanyanın hərbi karyerasına son qoyulacağını deyirlər. Amma "biz istəməzdik bu karyera rüsvayçı "çəyrayı" sonluqla bitsin", - deyə, erməni mətbuatı yazır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?