Ermənistanın Müdafiə Nazirliyində köklü islahatlar aparılır. Ölkə rəhbəri Serj Sarkisyanın yeni planına əsasən, Müdafiə Nazirliyinin mühüm səlahiyyətləri əlindən alınıb Baş Qərargaha veriləcək.
gundemxeber.az azvision.az-a istinadən bildirir ki, Ermənistanın müdafiə nazirinin müavini, Maddi-Texniki Təchizat Departamentinin rəisi Movses Akopyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin olunmasından sonra Müdafiə Nazirliyinin rəhbərliyində general qalmayıb.
Hazırda Errmənistan müdafiə nazirinin bütün müavinləri - David Tonoyan, Ara Nazaryan və David Paxçanyan mülki şəxslərdir.
Qəzetin məlumatına görə, nazirliyin daxili strukturlarında daha bir neçə yüksək rütbəli hərbçi vəzifəsindən kənarlaşdırılacaq.
Qəzet iddia edir ki, gənc kadrlar bölməsi Baş Qərargahın tabeliyinə köçürüləcək, yaşlılar isə təqaüdə göndəriləcəklər.
Ehtimal olunur ki, Müdafiə Nazirliyi tədricən ordunun inkişaf strategiyasını işləyib hazırlayan, həmçinin maddi təminatı ilə bağlı vəzifələri yerinə yetirən quruma çevriləcək. Hərbi funksiyaları isə Silahlı Qüvvələrin Baş Qərargahı və onun bölmələri yerinə yetirəcək.
Ermənistanın Müdafiə Nazirliyinin dağıdılması aprel döyüşlərindəki sarsıdıcı məğlubiyyətlə əlaqələndirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?