GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putinin gələn il gedəcəyini deyib “varis planı”nı açıqladı...və “yoxa çıxdı”

Putinin gələn il gedəcəyini deyib “varis planı”nı açıqladı...və “yoxa çıxdı”

Tarix: 14-11-2016, 17:41 Bölmə :Dünya Baxış: 354
Putinin gələn il gedəcəyini deyib “varis planı”nı açıqladı...və “yoxa çıxdı”

“Moskovskiy komsomolets” qəzetinin saytından Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru, politoloq Valeri Soloveylə müsahibə yoxa çıxıb.
O, müsahibədə Rusiyada növbədənkənar prezident seçkilərinin keçiriləcəyindən, ölkə başçısı Vladimir Putinin “bəzi problemləri”ndən, buna görə də hakimiyyəti başqasına – varisinə ötürəcəyindən danışıbmış. Bu müsahibə dərc olunandan sonra Kreml növbədənkənar prezident seçkiləri ehtimalını rədd edib, belə plan olmadığını bildirib.
Lakin politoloqun müsahibəsi saytdan yığışdırılandan sonra onun özü də “yoxa çıxıb”. O müsahibənin yoxa çıxması haqqında nəinki “Currenttime.tv”nin suallarını cavablandırmaqdan imtina edib, hətta təcili və bir neçəgünlüyə Moskvadan gedib.
Vladimir Soloveyin Kremlin mətbəxi barədə yetərincə məlumatlı adam reputasiyası var. Bir misal: O, Prezident Administrasiyasının indiki rəhbəri Anton Vaynonun bu vəzifəyə gətiriləcəyini əvvəlcədən söyləmişdi.

Putinin gələn il gedəcəyini deyib “varis planı”nı açıqladı...və “yoxa çıxdı”

Solovey “Moskovskiy komsomolets” qəzetinə müsahibəsində deyib ki, Rusiya prezidenti gələn ilin yazında hakimiyyəti tərk edə və bu vəzifəni varisinə buraxa bilər. Politoloqun sözlərinə görə, Vladimir Putinin növbədənkənar seçkilərə gedib-getməyəcəyi bu ilin dekabrında bilinəcək. O, indiki dövlət başçısının “hansısa problemləri” olduğunu, bu üzdən gələn il ictimaiyyət arasında aylarca görünməyəcəyini və ya nadir hallarda üzə çıxacağını iddia edir.
Politoloq təcili seçkilərin keçirilməsini iki il sonra ölkədə durumun daha da pisləşəcəyi ilə də əsaslandırır. Soloveyin dediyinə görə, güc strukturlarındakı kadr ehtiyatı, onların “barış siyasəti” aparmaq qabiliyyətinin olmaması Putini məyus edib. Politoloqun daha bir iddiası da var: Rusiya prezidenti onun hakimiyyəti dönəmində ölkəsinin Qərblə münasibətlərinin yaxşılaşmayacağına artıq əmindir.
Solovey Vladimir Putinin varisinin indiki baş nazir Dmitriy Medvedev olacağını və onun bu rola hazırlaşdırıldığını söyləyir, amma güc qurumlarının “varis”in əleyhinə olduğunu bildirməyi də unutmur.Varisliyə ikinci namizəd xüsusi xidmət orqanlarının 2008-ci ildə irəli çıxardığı, bir qədər öncə Prezident Administrasiyası rəhbərliyindən uzaqlaşdırılan Sergey İvanov ola bilər.
Vladimir Soloveylə müsahibə elə yayıldığı günün birinci yarısındaca yoxa çıxıb. “Moskovskiy komsomolets”in baş redaktoru və təsisçisi Pavel Gusev “Cirrenttime TV”yə deyib ki, sözügedən müsahibənin mətnində “faktik yanlışlar” olub və onların aradan qaldırılması bir neçə gün vaxt aparacaq:

“Lütfən, unutmayın ki, “Moskovskiy komsomolets” özəl şəxsə məxsus tək federal qəzetdir və bu şəxs – Pavel Nikolayevich Gusev-dir. Bu qəzetlə bağlı hər şey - 100 faiz hər şey ona aiddir: nəşriyyat evi, bölgələrdəki, xaricdəki və hər yerdəki qəzetlər. O səbəbdən məni telefonla tapmaq çox çətindir”.

Putinin gələn il gedəcəyini deyib “varis planı”nı açıqladı...və “yoxa çıxdı”

Politoloq Yekaterina Şulman həmkarı Valeriy Soloveyin söylədiklərini doğru sayır. O, professorun bundan əvvəl “Gazeta.ru”ya da eyni məzmunlu müsahibə verdiyini yada salır. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu professorunun YouTube-da şəxsi kanalı da var. Çıxışlarını orda da yayır, üstəlik, facebook-da da yetərincə populyardır. Ancaq Şulmanın sözlərinə görə, çap mediası – qəzet bir başqadır, çünki onu daha çox metroda oxuyurlar.
Yekaterina Şulman deyir ki, Solovey artıq bir neçə dəfə Putinin“bəzi obyektiv səbəblərdən” 2018-ci ildəki seçkilərə qatılmayacağı haqda proqnozlar səsləndirib. Onun qənaətincə, buna Rusiya prezidentinin səhhəti səbəb ola bilər.
Şulmanın fikrincə, dövlət başçısının kadr yerdəyişmələrini bir neçə dəfə öncədən dəqiqliklə söyləyən professorun, çox güman, hakimiyyətdə öz qaynağı var. Həmin qaynaq da bəlli məqsəd güdə, verilən məlumatın ictimailəşməsini gözləyə bilər. Politoloq düşünür ki, hakimiyyətin və ya hakimiyyətdəki bir qrupun ictimai rəyə nələrisə ötürmək istəməsi mümkündür. (“Azadlıq” radiosunun xülasəsi əsasında)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 16 yaşlı qız yoxa çıxdı

    Bakıda 16 yaşlı qız yoxa çıxdı ...

    24-07-2013, 11:18

  • 
  • 44 yaşlı kişi yoxa çıxdı (FOTO)

    44 yaşlı kişi yoxa çıxdı (FOTO) ...

    12-11-2013, 13:26

  • 
  • Kürd nazir 2,5 milyon dollarla birlikdə yoxa çıxdı

    Kürd nazir 2,5 milyon dollarla birlikdə yoxa çıxdı ...

    8-01-2014, 02:13

  • 
  • Bakıda oğlanla qız yoxa çıxdı

    Bakıda oğlanla qız yoxa çıxdı ...

    5-11-2015, 12:54

  • 
  • Ruslan Bəşirlinin facebook profili yoxa çıxdı

    Ruslan Bəşirlinin facebook profili yoxa çıxdı ...

    18-07-2014, 12:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu