GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Trampın prezidentliyinə təhlükə

Trampın prezidentliyinə təhlükə

Tarix: 28-11-2016, 22:29 Bölmə :Dünya Baxış: 534
Trampın prezidentliyinə təhlükə

Üç kritik ştatda səslər yenidən sayılır
ABŞ-da keçirilən prezident seçkilərinin dünyanı şoka salan nəticələri ətrafında səs-küy səngiməmiş proseslər gözlənilməz istiqamətdə dəyişir.
Məlum olduğu kimi, milyarder Donald Trampın öz komandasını formalaşdırıb başa çatdırmaq üzrə olduğu bir vaxtda gözlənilmədən seçkilərin üçüncü iştirakçısı, Yaşıllar partiyasının namizədi Cill Stayn noyabrın 25-də kritik ştatda-Viskinsonda səslərin yenidən sayılması üçün ərizə verib
Qeyd edək ki, ABŞ-da prezidentlik uğrunda mübarizə ənənəvi olaraq iki partiyanın-respublikaçıların və demokratların namizədləri arasında gedir. Çünki onlar ABŞ siyasi sisteminin iki əsas oyunçusudur və bu ölkədə çoxsaylı başqa siyasi partiyalar qeydiyyatda olsa da heç biri ümumölkə miqyasında ciddi populyarlığa malik deyil. Demokratların siyasi platformasına yaxın olan Yaşıllar partiyası da belədir və bu partiyanın namizədi hər dəfə prezident seçkilərində öz namizədini irəli sürür. Və bir qayda olaraq 1-2 faizdən çox səs toplaya bilmir. Lakin indi istisna deyil ki, Yaşıllar partiyasının seçki dövründə heç kimin yadına düşməyən namizədi səsvermənin dünyanı heyrətə salan nəticələrinin ləğvinə səbəb ola bilər.
Məsələ burasındadır ki, Viskinson ştatında Donald Tramp 0.7 faizlik cüzi səs üstünlüyü ilə Hillari Klintona qalib gəlib. Bu ştatda bülletenlərin əllə sayıldığı məntəqələrdə Hillari Klinton qalib gəlib. Səslərin elektron sayıldığı məntəqələrdə isə Tramp udub. İndi Cill Staynın müraciəti əsasında həmin məntəqələrdə bülletenlərin əllə sayılması prosesi başlayacaq. O, Viskinsonla yanaşı Miçiqan və Pensilvaniyada da “statistik anomaliyalarla bağlı” səslərin yenidən sayılmasını tələb edəcəyini bildirib. Əgər bu üç ştatda səslərin yenidən sayılması nəticəsində nəticələr ləğv olunarsa Trampın qələbəsi əlindən alınacaq və prezident Hillari Klinton olacaq.

Artıq Hillari Klintonun qərargahı Viskinsonda səslərin təzədən sayılmasında iştirak edəcəyini açıqlayıb. Klintonun seçki kampaniyasının baş müşaviri Mark Elias deyib ki, onlar kənar ekspertlərlə birlikdə seçki nəticələrini yenidən nəzərdən keçirirlər. Mrk Eliasın bildirdiyinə görə, seçkinin saxtalaşıdırldığı barədə dəlillərə malik deyil, lakin Hillari Klintona səs vermis 64 milyon seçicinin etimadı səslərin yenidən sayılması prosesinə qoşulmağı tələb edir.
Yaşıllar Partiyasının namizədi, xanım Cill Steyn Stein iddia edib ki, sözü gedən 3 ştatda Trampın qələbəsini kompüter hakerləri təmin ediblər. Bundan əvvəl ABŞ rəsmiləri Rusiya hakerlərinin ABŞ seçkisini hədəflədiyi barəfə narahatlıq ifadə etmişdilər. Stayn iddia edir ki, Viskonsində səslərin elektron cihazlar tərəfindən hesablandığı məntəqələrdə Trampın, bülletenlərin dədə-baba qaydası ilə əllə sayıldığı dairələrdə isə Klintonun qalib gəlməsi təsadüfi deyil. Həftəsonu yayılmış bəyanatında Viskonsin Seçki Komissiyası bildirib səslərin yenidən sayılması üçün Yaşıllar Partiyasından başqa bir qrup da petisiya verib.

Cill Stayn üç ştatın üçündə də səsləri saydırmaq üçün təxminən 7 milyon dollar ödəməlidir və bu vəssaitin 5, 8 milyon dolları artıq toplanıb. Miçiqan ştatında prezident seçkisinin nəticələri hələ elan edilməyib. Orada səslərin sayılması hələ davam edir. Əgər bu üç ştatda seçki kollegiyalarının 46 səsi Klintonaa verilərsə, o ABŞ seçkisninin qalibi ola bilər.
Belə görünür ki, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp üç kritik ştatda səslərin yenidən sayılması tələblərindən ciddi narahat olaraq yaşılları təmsil edən rəqibini “dələduz” adlandırıb. “Bu səs sayma heç bir faiz də səs yığmayan və hətta ştatların əksəriyyətində namizədliyini irəli sürməyən Cill Stayn üçün öz cibini doldurmaq vasitəsidir. O, yığdığı pullardan əksəriyyətini cibinə qoyacaq və bu gülməli təkrar səssayma kampaniyasına ayırmayacaq. Bu, Yaşıllar partiyasının dələduzluğudur, hansı ki, seçkilərdə uduzan tərəf artıq məğlubiyyətini etiraf edib. İndi bu nəticələrə hörmət etmək və tanımaq lazımdır, Cill Stayn kimi əngəl yaratmaq yox”-Tramp CNN kanalına bildirib.

Bu arada “The Hill” qəzeti prezident seçkiləri barədə çapa hazırlanan kitabın materiallarına istinadən yazır ki, Hillari Klintondan Trampın qələbəsini tanımağı Obama xahiş edib. Üç ayrı mötəbər mənbənin bildirdiyinə görə Hillari Klinton yaxın tərəfdaşları ilə birlikdə Miçiqan, Viskinson və Pensilvaniya ştatlarında səsvermənin nəticələrini izləyəndə Obama ona zəng vurub və deyib: “Sən məğlubiyyətini etiraf etməlisən”. Lakin Obamanın bu istəyini Klintonun komandasında bir çoxları qəbul etməyib. Onlar Klintonu inandırmağa çalışıblar ki, səslərin tam sayılıb başa çatmasını gözləmək lazımdır. Buna baxmayaraq Hillari Klinton məğlubiyyətlə barışıb, seçkilərin ertəsi günü Trampa zəng vuraraq onu qələbə münasibətilə təbrik edib.
ABŞ seçkilərində sonuncu dəfə səslərin yenidən sayılması 2004-cü il prezident seçkilərində Florida ştatında baş vermişdi. Həmin ştatda demokratların namizədi Albert Qorla respublikaçıların namizədi Corc Buş arasında səs fərqi çox cüzi idi, səslərin yenidən sayılması Buşun cüzi üstünlüyünü ortaya çıxardı. Həmin vaxt dekabrın sonlarına qədər yeni prezident rəsmən elan edilməmişdi. Çünki Florida ştatında nəticələr dəyişsəydi seçkilərin qalibi Albert Qor olacaqdı.

F.Məmmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp açıqladı: "İŞİD-i onlar yaradıb"

    Tramp açıqladı: "İŞİD-i onlar yaradıb" ...

    20-09-2016, 14:00

  • 
  • Trampın həyat yoldaşının çılpaq şəkilləri yayıldı - FOTOLAR

    Trampın həyat yoldaşının çılpaq şəkilləri yayıldı ...

    28-03-2016, 19:57

  • 
  • Tramp Obamanın cavabını verdi

    Tramp Obamanın cavabını verdi ...

    17-02-2016, 17:39

  • 
  • “The New York Times” qəzetinin Trampı ifşa edən “bomba” məqaləsi

    “The New York Times” qəzetinin Trampı ifşa edən ...

    3-10-2016, 21:56

  • 
  • Sanders Trampa qarşı Klintonla birgə mübarizə aparmağı planlaşdırır

    Sanders Trampa qarşı Klintonla birgə mübarizə ...

    10-06-2016, 00:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu