ABŞ-da prezident seçkilərinə namizədliyi Demokratlar partiyasından irəli sürülən Berni Sanders rəqibi Hillari Klintonla görüş keçirməyi planlaşdırır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşün məqsədi Respublikaçılar partiyasından namizəd Donald Trampla mübarizədə birgə addım atmağı müzakirə etməkdir.
“Donald Trampın prezident olmayacağından əmin olmaq üçün mən əlimdən gələni etmək niyyətindəyəm”, - deyə Sanders bildirib.
Qeyd edək ki, Hillari Klinton Demokrat partiyasından, Donald Tramp isə Respublikaçılar partiyasından ABŞ prezidentliyinə rəsmi namizəd olmaq üçün yetərli səs toplayıblar.
Sorğu
Yeni dizaynımız necədir?