GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Tramp demarşı:“Tayvan kartı” ilə diplomatik şantaj, yoxsa ABŞ-Çin “savaşına” hazırlıq?

Tramp demarşı:“Tayvan kartı” ilə diplomatik şantaj, yoxsa ABŞ-Çin “savaşına” hazırlıq?

Tarix: 15-12-2016, 15:10 Bölmə :Dünya Baxış: 643
Tramp demarşı:“Tayvan kartı” ilə diplomatik şantaj, yoxsa ABŞ-Çin “savaşına” hazırlıq?

Seçkiöncəsi kampaniyasında Donald Tramp mesajını aydın şəkildə verdi – beynəlxalq arenada ABŞ-a əsas rəqib kimi Çini görür.

Bu mesaj göstərdi ki, Birləşmiş Ştatlarla Çin arasında onsuz da sadə olmayan münasibətlər bundan belə bir qədər də mürəkkəbləşəcək.

Hələ prezident səlahiyyətlərinin icrasına rəsmən başlamayan Tramp ciddi diplomatik qalmaqal da yaratdı. Söhbət, Tayvan prezidenti ilə baş tutan məlum telefon söhbətindən gedir.

Saniyə 1, qol 1…

Tramp demarşı:“Tayvan kartı” ilə diplomatik şantaj, yoxsa ABŞ-Çin “savaşına” hazırlıq?

Tsay İven, Donald Tramp, Si Tszinpin

Dekabrın ilk günlərində Tayvanın prezidenti Tsay İnven Trampa zəng edərək onu qələbə münasibətilə təbrik etdi. Təbrik zəngi işgüzar söhbətə çevrildi və on dəqiqə davam etdi. Bu dəqiqələr ərzində Tsay İven fürsət tapıb Trampı Tayvanı beynəlxalq arenada dəstəkləməyə, həmçinin iqtisadi, siyasi və hərbi əlaqələri möhkəmləndirməyə çağırdı.

Tramp da öz növbəsində Tayvan liderini mayda keçirilən prezident seçkilərində qazandığı qələbəyə görə təbrik etdi.

Tramp bu sürpriz telefon söhbətini dərhal ictimailəşdirdi. Öz mikrobloqunda yazdı ki, Tayvan prezidenti ona təbrik üçün zəng edib. O da təşəkkür edib. Bu xəbərdən sonra Pekinlə Vaşinqton arasında gərginlik bir qədər də artdı.


ABŞ-Çin münasibətləri

1979-cu ildən bu yana Çinlə ABŞ-ın münasibətləri əsasən bir istiqamət üzrə inkişaf edib. Vaşinqton Çinin vahid və bölünməz olduğunu tanıyıb. Tayvanı isə Çinin bir hissəsi kimi qəbul edib. Vaşinqton üçün Çin hökuməti Pekində oturanlar olub.

Birləşmiş Ştatların mövqeyi həm də belə olub – hər iki tərəfdə yaşayanlar eyni xalqın nümayəndələridir. Onların birləşmək hüququ var. Amma bu birləşmə ancaq demokratik yolla baş tuta bilər.

Bu cür yanaşma amerikalılara Tayvanla əlaqə qurmağa, onlara silah satmağa və hər cür yardım etməyə mane olmurdu. ABŞ Çinin birləşmə prosesinə əsassız müdaxilə edəcəyi təqdirdə, tayvanlılara müdafiə təminatı da vermişdi. Təbii ki, Vaşinqton bunu uca səslə yox, sakitcə edirdi. Hər üç tərəf «qırmızı xətlər»in hansılar olduğunu yaxşı bilirdi.

Tramp «oyun qaydalarını» iki dəfə pozdu. Birincisi, Tayvandan gələn zəngə cavab verməklə və bunu «Twitter»dən dünyaya bəyan etməklə. (Sonuncu dəfə bu, Cimmi Karterin zamanında baş vermişdi).

İkincisi də, Tsayı Tayvan lideri yox, məhz prezidenti adlandırmaqla. Tsay İnvenin Tayvanın müstəqil dövlət kimi tanınmasının tərəfdarı olduğu nəzərə alınsa, Trampın təqdimatı xüsusi diqqət çəkmiş oldu.

«Cənab Tramp, diqqətlə qulaq asın!»

Tramp demarşı:“Tayvan kartı” ilə diplomatik şantaj, yoxsa ABŞ-Çin “savaşına” hazırlıq?

Si Tszinpin

Trampın bu addımı Pekində ciddi təşviş yaratdı. Üstəlik, məlum telefon söhbəti Çin prezidenti Si Tszinpinin ABŞ siyasətinin «patriarxı» hesab olunan Kissincerlə görüşündən bir neçə saat sonra baş tutumuşdu.

Bu arada, Kissincer 1972-ci ildə Vaşinqtonla Pekin arasında «buzların əriməsi» üçün az iş görməmişdi. Çoxları Kissincerin məlum səfərini Tramp iqtidarının Çinə münasibətinin təzahürü kimi qiymətləndirirdi. Və bu qəfil telefon zəngi bütün ümidləri suya saldı.

Qalmaqal dərhal Çinin aparıcı nəşrlərinin səhifələrindən də “boylandı”. «The Global Times» belə bir başlıqla məqalə dərc etdi – «Cənab Tramp, zəhmət olmasa, diqqətlə qulaq asın – Çin vahiddir və ticarət predmeti deyil!».

Məqalədə o da vurğulanırdı ki, Çin Trampla qətiyyətli mübarizəyə girməlidir. Və yalnız bu halda ABŞ-ın yeni prezidenti başa düşəcək ki, reallıq haqda təsəvvürü Çinə və bütün dünyaya zorba gəlməklə qazanmırlar.

«Tramp diplomatiyada körpə uşaq kimi cahildir. Sadəlövhcəsinə düşünür ki, Çindən iqtisadi mənfəət əldə etmək üçün «vahid Çin» siyasətindən «kart» kimi istifadə edə bilər. Trampın bu təxribatlarına cavab olaraq Çin də ABŞ-ın düşmənlərinə hərbi dəstək təklif edə bilər», deyə məqalədə bildirilirdi.

Qələbə şoku və qəfil zərbə

Trampa rəsmi səviyyədə də etiraz və narazılıq ifadə olundu.

Ekspertlər deyir ki, çinlilər hələ Trampın qələbəsinin şokundan ayılmamış belə bir vəziyyətlə üzləşəcəklərini təsəvvür belə, etməyiblər:

«Əgər Tramp Tayvanla bavlı mövqeyini dəyişməsə, qarşıda bizi sərt Amerika-Çin qarşıdurması gözləyir. Həm hərbi, həm siyasi, həm də iqtisadi sahədə. Hələlik Çin baş verənlərə o qədər də kəskin reaksiya vermir. Biznes-lobbisi və Konqresdəki adamlarının təsiri ilə Trampın davranışının normallaşacağına ümid edir. Ona görə də radikal cavab tədbirlərinə əl atmır. Bunda qeyri-müəyyənlik də rol oynayır. Pekində Tramp komandası, onun hədəf və motivləri haqda hələ tam təsəvvür yoxdur. Amma istənilən halda bu telefon söhbəti öz təsirini saxlayacaq. Münasibətlərin əvvəlki kimi olmayacağı dəqiqdir».

“Hansı cürətlə?»

Tramp demarşı:“Tayvan kartı” ilə diplomatik şantaj, yoxsa ABŞ-Çin “savaşına” hazırlıq?

Çindən gələn rəsmi və qeyri-rəsmi etirazlara baxmayaraq, Tramp qalmaqallı tvitini silmədi. Üzr də istəmədi. Əksinə öz mövqeyində qaldığını bəyan etdi. Və belə bir tvit yazdı: «Biz onlara (Tayvana) silah satırıq. Mən dəstəyi niyə götürməməli idim?!».

«Fox News»a müsahibəsində isə bir az da kəskin danışdı: «Çin nə etməli olduğum haqda mənə niyə diktə etməyə çalışır? Bu, qısa və əla zəng idi. Hansı cürətlə başqa ölkə mənə dəstəyi götürməməli olduğumu deyir. Dəstəyi götürməmək sadəcə nəzakətsizlik olardı».

Tramp əlavə etdi ki, onun özünün də Çinə bir çox sualları var – yuanın aşağı salınmış məzənnəsi, Çin dənizi ilə bağlı ərazi mübahisəsi, Şimali Koreyaya dəstək və s.

Tramp Birləşmiş Ştatların «vahid Çin» siyasətilə uzlaşmaq məcburiyyətində olmadığını da vurğuladı: «Çinin bu siyəsətini başa düşürəm. Başa düşmədiyim odur ki, Çinlə ticari və başqa məsələlərlə bağlı razılığa gəlmədən biz bu siyasətə niyə bağlı olmalıyıq?".

Ekspertlər bütün bunların Trampın təsadüfən səsləndirdiyi fikirlər olmadığını və ikitərəfli münasibətlər baxımından kifayət qədər ciddi hadisənin yaşandığını deyirlər: «Bu, təsadüf olsaydı, geri addım atılardı və ABŞ Çini daha artıq qıcıqlandırmamağa çalışardı. Tramp isə bunun əvəzinə Tayvan lideri ilə söhbətinə haqq qazandırdı».

Vaşinqtondan üzrxahlıq…

Tramp demarşı:“Tayvan kartı” ilə diplomatik şantaj, yoxsa ABŞ-Çin “savaşına” hazırlıq?

Ned Prays

Hələlik ikitərəfli münasibətlərin gələcək taleyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Bəlli olansa odur ki, prezidentlik fəaliyyətinə rəsmən başlayana qədər Trampın bu bəyanatını Obama administrasiyası ört-basdır etməli olacaq.

Artıq Dövlət Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Ned Prays bəyan edib ki, Trampın dedikləri ABŞ-ın Çin siyasətinin dəyişdiyi anlamına gəlmir.

«Biz əvvəlki kimi «vahid Çin» siyasətinə sadiq qalırıq. Pekinlə Tayvanın dinc və stabil münasibətləri bizim fundamental maraqlarımıza xidmət edir. Prezident kürsüsünə oturana qədər Trampın sözlərinə çox fikir vermək lazım deyil», deyə Prays əlavə etdi.

Vitse-prezident Mayk Pens də oxşar bəyanat səsləndirərək Pekinin narahatlıq üçün heç bir əsasının olmadığını dilə gətirdi:

«Sadəcə stəkanda fırtınadır. Bu, nəzakət zəngi idi. O zəng etdi, Tramp da Tayvanın demokratik yolla seçilmiş lideri ilə danışmaq üçün dəstəyi qaldırdı».

Reyqan gedişi

Tramp demarşı:“Tayvan kartı” ilə diplomatik şantaj, yoxsa ABŞ-Çin “savaşına” hazırlıq?

Ronald Reyqan

Tsayın Trampa zəngi çoxlarına 1980-ci ildə baş vermiş oxşar hadisəni xatırlatdı. Həmin vaxt Ronald Reyqan Tayvan məsələsinə baxışını kardinal şəkildə dəyişməyə qərar vermiş və Tayvan liderini öz inauqurasiya mərasiminə dəvət etmişdi. Lakin tezliklə müşavirlərinin də təsiri ilə yanlış addım atdığını başa düşmüşdü.

Nəticədə Tayvan nümayəndə heyətini bəhanə ilə mərasimdə iştirakdan kənarlaşdırılmış və insident sürətlə ört-basdır edilmişdi. Reyqan Çinlə əlaqələrini təsdiqləsə də, Tayvana da təhlükəsizliklə bağlı məsələlərdə dəstək vəd etmişdi.

Reyqan hakimiyyətinin sonuna qədər iki ölkə arasında münasibətlər stabil qaldı.

Ola bilsin ki, indi Tramp da anoloji üsula əl atmaq – «Tayvan kartı» ilə Çinlə sövdələşmək istəyir.

Lakin dövr dəyişib. Əgər 80-lərin əvvəllərində ABŞ-la yaxşı münasibətlər Çin üçün həddən artıq vacib idisə, indi Pekin özü «super güc» olmağa iddia edir. Və bu cür diplomatik şantaja cavabı çox sərt ola bilər…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp Obamanın cavabını verdi

    Tramp Obamanın cavabını verdi ...

    17-02-2016, 17:39

  • 
  • Tramp məşhur repçi ilə görüşdü - FOTO

    Tramp məşhur repçi ilə görüşdü - FOTO ...

    13-12-2016, 23:49

  • 
  • Tramp açıqladı: "İŞİD-i onlar yaradıb"

    Tramp açıqladı: "İŞİD-i onlar yaradıb" ...

    20-09-2016, 14:00

  • 
  • Tramp Fransadan ABŞ-a səfər edənlərin yoxlanılmasını sərtləşdirməyi təklif edib

    Tramp Fransadan ABŞ-a səfər edənlərin ...

    24-07-2016, 15:42

  • 
  • Tramp “tranplin”ə düşdü-o yanvar ayında prezident olmaya bilər

    Tramp “tranplin”ə düşdü-o yanvar ayında prezident ...

    28-11-2016, 23:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu