GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putinin xüsusi qonağı, Hitler heyranı Vaqner kimdir?

Putinin xüsusi qonağı, Hitler heyranı Vaqner kimdir?

Tarix: 20-12-2016, 01:01 Bölmə :Dünya Baxış: 384
Putinin xüsusi qonağı, Hitler heyranı Vaqner kimdir?

Dekabrın 9-da Kreml Ata Yurdun Qəhrəmanları Gününü böyük təmtəraqla qeyd edib.

“Gündəm Xəbər” xəbər verir ki, 300-dən çox hərbçinin, o cümlədən Rusiya və Sovet İttfaqı qəhrəmanlarının qatıldığı ziyafətdə Prezident Vladimir Putin çıxış edib.
Sankt-Peterburq şəhərindən olan araşdırmaçı jurnalist Denis Korotkov qəhrəman qonaqların arasında haqqında çox yazdığı bir nəfəri tanıya bilib. Söhbət "Vaqner" ləqəbli Dmitri Utkindən gedir. Bu Utkin özəl hərbi müqavilə agentliyi kimi tanınanan ÇVK Vaqner firmasının rəhbəridir.
Kremlin sözçüsü Dmitri Peskov onun hansı səbəbdən mərasimə dəvət olunması ilə bağlı verilən suala "igidliyinə görə" cavabını verib.
Lakin jurnalisti Korotkov və Rusiya muzdlu hərbçilərini araşdıran başqaları Utkinin bu məclisdəki iştirakının xüsusi məna daşıdığı qənaətindədirlər.
Korotkov güman edir ki, Utkinin belə yüksək məclisə dəvət alması Rusiya muzdlularının xüsusilə Ukrayna və Suriyadakı məxfi fəaliyyətlərini bir daha gündəmə gətirir.
Korotkov Azadlıq radiosu-na açıqlamasında muzdlulaların Suriyadakı funksiyasının naməlum qaldığını deyib. Onun sözlərinə görə, muzdlu döyüşçülər Rusiyadakı təlim düşərgələrində xüsusi əməliyyatlara hazırlanır.

Hitlerin sevimli bəstəkarı

Jurnalist bildirib ki, Suriyadan birbaşa və ya dolayısı ilə gələn xəbərlərə görə, Vaqner qrupundan adətən seçmə piyadalar kimi istifadə edilir və onların əməliyyatları zamanı xüsusi qüvvələrin əməliyyatlarında olduğundan daha böyük qırğınlar törədilir.
Məqalədə bu məsələnin kifayət qədər qaranlıq olduğu vurğulanıb. Çünki Rusiyada muzdluların fəaliyyəti qadağandır. Lakin bütün əlamətlər göstərir ki, Rusiya özəl hərbi müqavilə firmalarından 2000-ci illərdə ABŞ-ın Əfqanıstan və İraqda istifadə etdiyi kimi istifadə edir.
Jurnalist Korotkov Rusiya təhlükəsizlik strukturundakı açıq mənbələrdən tanış olduğu material və müqavilələrdən Utkinin bioqrafiyasını təfərrüatlı şəkildə öyrənə bilib.
2013-cü ildək o, Rusiya hərbi kəşfiyyatı Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi qüvvələrində briqada komandiri olub. 2013-cü ildə oradan tərxis olunduqdan sonra Rusiya hərbi veteranlarının təşkil etdikləri Moran təhlükəsizlik qrupunda işə başlayıb. Bu qrup dünya boyunca təhlükəsizlik və təlim xidmətləri göstərirdi və dəniz quldurluğuna qarşı mübarizə üzrə ixtisaslaşmışdı. Sonradan bu qurum Sankt Peterburqda mənzillənmiş Slavyan Korpusu ilə əlaqələndirilib. Bu qurum isə Suriyada neft mədənlərinin və kəmərlərin mühafizəsi üçün muzdlu toplamaq məqsədilə elan vermişdi.
Bir sıra media materiallarından məlum olur ki, Utkinə "Vaqner" ayaması "Hitler ideologiyasına heyranlığına" görə verilib.
ÇVK nədir?

Korotkov bildirir ki, Vaqner ÇVK – "Çastnaya Voyennaya Kompaniya" və ya özəl hərbi şirkət barədə ilk məlumatlar 2014-cü ildə peyda olub. Bu məlumatlarda muzdlular qrupunun Şərqi Ukraynada rusiyapərəst separatçılarla çiyin-çiyinə döyüşdüyü deyilirdi.
2015-ci ilə aid məlumatlardan aydın olurdu ki, muzdlular Suriya cəbhəsinə keçiriliblər və onların səfərbərliyi Rusiyanın Suriyadakı hərbi kampaniyasından bir həftə sonra başlanıb. Ayrıca, Vaqner muzdluları bu ilin mayında Əsəd qüvvələrinə Palmiranın geri alınmasında dəstək veriblər.
Jurnalist Korotkovun təxminlərinə görə. 2014-cü ildən bəri Suriyada Vaqnerin 600 muzdlusu döyüşüb. Onlardan 60-nın həlak olması təxmin edilir.
Rusiya dövlət telekanalı 9 dekabr ziyafətində qonaqlar arasında təqaüdə çıxmış polkovnik Andrey Troşşevi də göstərib. Sovetlərin əfqan müharibəsinin veteranı Troşşev 2014-cü ildə təqaüdə çıxarkən Rusiya Qəhrəmanı medalı yox idi, amma Kreml ziyafətində belə bir medal onun sinəsini bəzəyirdi.
İŞİD videosundakı ölülər…

"Konflikt İntelliqens Tim" layihəsinin təhlilçisi Ruslan Leviyev ilk dəfə Vaqner muzdlularını İŞİD-in "Öldürülnüş rus əsgərləri" videosunda tanıya bilib. Bu videonu İŞİD martın 17-də Palmirada çəkmişdi. Ölənlərin arasında 51 yaşlı təqaüdçü mayor Sergey Çupov da var idi. Onun Sankt Peterburqdakı qohumları ilə söhbətlərdən bəlli olub ki, Çupov bir Vaqner muzdlusu kimi fevralın 8-də öldürülüb.
Leviyev muzdluların Rusiya Müdafiə Nazirliyi tərəfindən təchiz edildiyini və onlara nəzarətin Baş Kəşfiyyat İdarəsində olduğunu deyib. Bundan başqa, Leviyev onların təlim düşərgəsinin 10-cu briqadanın Krasnodardakı bazasına bitişik olduğunu bildirib.
Ekspertin fikrincə, Vaqner muzdlularını şərqi Ukraynada döyüşən könüllülərdən fərqləndirmək lazımdır. Muzdlular hərbi təcrübəyə malik peşəkar döyüşçülərdir. Üstəlik, bu adamlar rəsmi dövlət qulluğunda olmasaydılar, sözügedən medallarla təltif olunmazdılar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putinin sözçüsü Ərdoğanın mətbuat katibinə "sataşdı": "Onun yerinə olsaydım..."

    Putinin sözçüsü Ərdoğanın mətbuat katibinə ...

    26-03-2016, 17:33

  • 
  • Rusiya Suriyadakı hərbi bazasına “S-300” kompleksi göndərəcək

    Rusiya Suriyadakı hərbi bazasına “S-300” ...

    25-11-2015, 14:40

  • 
  • Putin və Poroşenko arasında telefon danışığı olub

    Putin və Poroşenko arasında telefon danışığı olub ...

    3-09-2014, 12:21

  • 
  • Putinin boşanması rəsmən təsdiqləndi

    Putinin boşanması rəsmən təsdiqləndi ...

    2-04-2014, 11:32

  • 
  • Rusiya Hələbi bombalamaqda davam edəcəyini bildirib

    Rusiya Hələbi bombalamaqda davam edəcəyini ...

    29-09-2016, 22:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu