Rusiyanın Türkiyədəki səfirinə hücum təxribatdır. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısının sözlərinə görə, Türkiyə və Rusiya kifayət qədər təcrübəyə malikdirlər və təxribata uymayacaqlar.
R.T.Ərdoğan öz adından və Türkiyə xalqı adından Rusiya Prezidentinə və xalqına başsağlığı verib.
Onun sözlərinə görə, Türkiyə və Rusiya prezidentlərinin söhbətində beynəlxalq terrorizmlə mübarizədə birliyin möhkəmləndirilməsinin zəruriliyi vurğulanıb.
Türkiyə lideri Vladimir Putinin Rusiya səfirliyi və Baş konsulluğunun mühafizəsinin gücləndirilməsini xahiş etdiyini deyib:
"Hadisənin araşdırılması üzrə operativ mərkəzin yaradılmasının məqsədəuyğunluğu qeyd olundu. Bu işdə rusiyalı mütəxəssislər də iştirak edəcək. Rusiyanın Ankaradakı səfirinə hücum Türkiyə dövlətinə və xalqına hücum deməkdir. Bu, açıq-aşkar təxribatdır. Əminəm ki, bu faktı Rusiyadakı dostlarımız da anlayırlar".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?