Mosulun izdihamlı bazarında 3 maşına yerləşdirilmiş bomba partlayışları 23 adamın ölümünə səbəb olub. Məlumat İraqın Müdafiə Nazirliyi tərəfindən yayılıb.
Hadisə İslam Dövləti qrupunun bir zamanlar nəzarət etdiyi Qocalı bölgəsində baş verib. Bu bölgə iki ay əvvəl İraqın müdafiə qüvvələri tərəfindən cihadçılardan geri alınıb.
15 müliki vətəndaş və 8 polis işçisinin həlak olduğu hücumların məsuliyyətini İŞİD üzərinə alıb.
Müdafiə Naziriyinin bəyanatında bildirilir ki, hücumların intiharçılar tərəfindən həyata keçirilib-keçirilmədiyi bəlli deyil.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?