Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən polis məmuru Mövlüd Mərd Altındaşın cəsədini valideynləri qəbul etməyib.
Qatilin anası Hamdiyə Altındaş “mənim başımı yerə soxan, düşmənlik edən oğlum yoxdur” deyə bildirib.
O, oğlunun cəsədini istəmədiklərini açıqlayıb: “Cənazəsini kimsəsizlər məzarlığında basdırın. Biz dövlətimizi və millətimizi sevən insanlarıq. Ailəcə FETÖ-ya qarşıyıq. Oğlumuzun bir terror təşkilatı ilə bağlantısının olacağını bilmirdik. Böyütdüyümüz oğlumuzun belə biri olacağını bilməzdik. FETÖ ilə əlaqəsinin olduğunu bilsəydik, polisə xəbər verərdik. Həm vətənimizi, həm də oğlumuzu xilas edərdik”.
Altındaşın dayısı isə ana və atanın çox əzab çəkdiyini qeyd edib.
“Heç bir ana dünyaya vətən xaini gətirməz. Vətən xaini sonradan olur”, - deyə o bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?