AKP-nin daxilində 89 millət vəkilinin FETÖ-çu olduğu deyilir. Hər kəsdən şübhələnirlər, amma yalnız siyasi təmələ toxunulmur. Bu barədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bələdiyyə sədrlərinin toplantısı zamanı deyib. “İstənilən qiyamın siyasi şurası var. Bu çevriliş cəhdinin də siyasi motivləri ortaya çıxarılmalıdır. AKP-dən olan 89 deputatın FETÖ-çu olduğu barədə söhbətlər gəzir. Onlarda 47-si sabiq deputatdır. Burada hər kəsdən bəhs edilir. Yalnız siyasi təmələ toxunulmur. Amma ona da sıra gələcək. Bu işin içində hansı siyasətçilərin olduğunu bilməliyik”, - Baxçalı bildirib
Sorğu
Yeni dizaynımız necədir?