Bir neçə gün öncə Türkiyə Silahlı Qüvvələrinin Əl Babda 18 İŞİD-çini öldürməsində Rusiyanın yardımı olduğu üzə çıxıb. "Haberler" xəbər verir ki, Rusiya ilə son dövrdə əldə olunmuş razılığa əsasən, tərəflər bir-birinə kəşfiyyat məlumatları ötürürlər. Regionda yeni aktyorlarla yeni bir əməkdaşlıq mexanizminin dövrədə olduğu bildirilib. Yeni mexanizmə görə, 500-ə qədər "Bordo bərəli" Əl Babın qərbində yerləşdirilib və orada İŞİD-in sızma hərəkatı və canlı bomba hücumlarının qarşısını almaq üçün vəzifləndirilib. Onlar hərəkət istiqaməti çərçivəsində yolları təhlükəsiz hala gətirəcək, bundan sonra isə ordu irəliyə doğru gedəcək. Rusiya ilə Türkiyə arasında kəşfiyyat məlumatlarının mübadiləsi, İŞİD hədəflərinə qarşı hava əməliyyatlarının sayının artırılması, Türkiyə təyyarələrinin uçuş təhlükəsizliyi və İŞİD terrorçularının mühasirəyə alınması məsələsində yeni bir mexanizm yaradılıb. Xüsusilə, qazdıqları tunellərdən sızan İŞİD terrorçularına qarşı cənubdan da hücumlar keçirilməsi planlaşdırılır. Menbiç əməliyyatına baza yaratması baxımından Əl Baba tamamilə nəzarət edilməsi böyük əhəmiyyət daşıyır. Gizlənmiş İŞİD terrorçularının yerlərinin müəyyən edilməsində Rusiyanın böyük dəstəyi var.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?