Türkiyənin İzmir şəhərində partlayıcı yüklənmiş avtomobil və müxtəlif partlayıcı qurğularla böyük qətliam həyata keçirməyə çalışan terrorçuların qarşısının alınmasında Fethi Sekin adlı polisin xüsusi rolu olub. Terrorçuların prvokasiyasından vaxtında xəbər tutan polis son gülləsinə qədər onlarla atışıb. Lakin qanlı olay zamanı Fethi Sekin həyatını itirib. Qeyd edək ki, Türkiyə Baş nazirinin müavini Veysi Qaynaq və İzmir valisi Ərol Ayyıldız da adıçəkilən polisin qəhrəmanlığına xüsusi diqqət çəkib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?