ABŞ-ın yeni prezidenti Donald Tramp tərəfindən səsləndirilən bəzi ən acıqlı bəyanatlar Çinin ünvanına yönəlib. O, Çini özünün ticarət siyasəti ilə Amerikanı zorlamaqda və həmçinin də ABŞ-ın rəqabət qabiliyyətini dağıtmaq məqsədi güdməkdə ittiham edir.
Bəs onda nəyə görə əksər çinli siyasi müşavirlər və şərhçilər gələcək Amerika-Çin münasibətləri barəsində təmkinliklərini saxlayırlar?
Yəqin ki, onların məntiqi belədir: Tramp biznesmendir, Çinin əsas biznesi isə elə biznesdir. Belə ki, Çin sövdələşmələr ustası kimi tanınan Trampı “ideoloji motivlərlə” dolu Hillari Klintondan daha əlverişli fiqur sayır.
Əlbəttə, biznesmenlərin praqmatizm təcəssümü olmasını sübut etmək çətindir. Çünki ABŞ-ın nə qədər nüfuzlu işgüzar liderinin müxtəlif ideologiyalara bağlı olduğunu xatırlamaq kifayətdir. ”Fortune 500” siyahısına daxil olan xeyli şirkət rəhbəri instinktiv olaraq respublikaçıların tərəfini saxlayırlar. Amma buna baxmayaraq, ABŞ iqtisadiyyatı daimi olaraq demokrat prezidentlər zamanı daha yaxşı nəticələr göstərir.
Trampın Tayvanın prezidenti Çay İnven ilə telefon danışığı aparması protokol qaydalarını pozub. Çünki qırx ildir ki, hər iki partiyadan olan Amerika prezidentləri Tayvan ilə birbaşa əlaqələrdən uzaq durmağa çalışıblar.
Trampla baş verən diplomatik insident bütün Asiyada şok yaradıb. Çinin “Vahid Çin” siyasətinı şübhə altına almaqla, Tramp odla oynamağa başladı. Həm respublikaçıların və həm də demokratların ehtiyatlı və incə menecment üsulları Çin və Tayvan arasındakı kövrək sülhün saxlanılmasına köməklik göstərib. ABŞ-ın başlıca məqsədi status-kvonun saxlanılmasıdır. Onlar uzun illər ərzində Tayvanı aktiv şəkildə müstəqilliyə can atmaqdan çəkindirirdilər. Çini isə Tayvanı sürətli birləşməyə məcbur etməməyə çağırıblar.
Öz “tvitter” yazılarından birində Tramp belə bir sual qoyur ki, əgər ABŞ Tayvana milyard dollarlıq silah satırsa, onda nəyə görə o, Tayvan ilə prezident səviyyəsində əlaqə yarada bilməz. ABŞ-ın gələcək prezidenti tərəfindən atılan bu cür addım real həyacandır.
ABŞ Tayvana hərbi avadanlığı ilk öncə özünü müdafiə məqsədi üçün verir. Digər yandan isə Çinin Tayvan adasına hərbi əməliyyatı olacağı halda, ABŞ-ın kənarda qalmayacağı barədə Pekinə siqnal göndərir. Lakin ABŞ Tayvanla ən yüksək səviyyədə əlaqəyə girməkdən imtina etməklə, bilərəkdən həmin bu siqnalı yumşaldır. ABŞ istəmir ki, Tayvan əgər öz müstəqilliyini elan edərsə, Vaşinqton tərəfindən dəstəklənəcəyi ideyasına qapılsın.
Qırx ildən artıq bir müddətdə “strateji ikiləşmə” doktrinası gözəl işləyib. Tayvan boğazının hər iki sahilində rəhbərliyin dəfələrlə dəyişilməsinə baxmayaraq, sülh vəziyyəti indiyədək saxlanılıb. Hal-hazırda Tayvan və materik Çini arasındakı ticarət və investisiya mübadiləsi getdikcə daha da artır.
Trampın illər ərzində formalaşmış indiki dayanıqlı siyasətə qarşı kəskin etirazı bir çox cəhətdən təhlükəlidir. İlk öncə bu, status-kvonu dəyişmək üçün Tayvanı daha aqressiv cəhdlərə vadar edə bilər.
Trampın davranışlarında məntiq yoxdur. Tayvan rəhbəri Çay İnven ilə telefon danışıqlarına bəraət qazandırmağa çalışan Tramp yazır ki, Çin öz valyutasını devalvasiya etməklə, ABŞ ixrac malları üzərində üstünlük qazanmaq istəyir. Beynəlxalq iqtisadiyyat bilgiləri Trampda ya ümumiyyətlə yoxdur, ya da bu hədsiz köhnədir. Reallıqda Çin aktiv şəkildə valyuta ehtiyatlarını xərcləyir və ölkədən qaçan kapitalın qaçışını saxlamq məqsədi ilə yuanın dəyərini yüksəltməyə çalışır.
Tramp heç bir əsaslı səbəb olmadan Çinlə münasibətlərdə düşmənçilik yaradır. Bundan daha pisi isə, ABŞ Trans-Sakit okean əməkdaşlığından çıxacağını bildirib. Tramp, həmçinin Çinin Asiyada artan təsirinin önünü kəsəcək siyasətdən də imtina edir.
Tramp Trans-Sakit okean əməkdaşlığının gələcək taleyi barəsində bəyanat verəndən sonra, əksər Asiya ölkələri Çinin başçılıq etdiyi regional ticarət blokuna qoşulmağa söz veriblər. Trampın köməyi ilə “Çin əsri” gözlənildiyindən də tez gələ bilər.
Tayvanla yaxınlaşmaqla, Çini əsassız tənqid atəşinə tutmaqla, Trans-Sakit okean əməkdaşlığını ləğv etməklə və Çini təxribata çəkməklə yanaşı, Trampın apardığı siyasət, bu ölkəni möhkəmləndirir və onun qarşısında yeni perspektivlər açır. Bütün bunlar sövdələşmə məharəti yox, fəlakətə yol açmaq deməkdir.
Sorğu
Yeni dizaynımız necədir?