İraqda Mosul şəhərinin azad edilməsi üzrə əməliyyata başlanılıb. gundemxeber.az «Report»a istinadən xəbər verir ki, bu bəyanatla "Alsumaria" telekanalının efirində ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerk çıxış edib.
Bağdadda olan diplomat bildirib ki, hər şeydən əvvəl Mosul ilə terrorçuların Suriyada paytaxt elan etdikləri Raqqa arasındakı təchizat yolları bağlanıb.
Makqerkin sözlərinə görə, kampaniya çətin olacaq, lakin əməliyyat planı yaxşı hazırlanıb.
İraqın baş naziri Heydər əl-Abadi əməliyyatlarda bütün növ qoşun birləşmələrinin iştirak edəcəyini bildirib. Ordu xalq könüllüləri və ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın havadan dəstəyini alacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?