GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Dəniz Baykal Türkiyə parlamentində tarixi çıxış yapdı

Dəniz Baykal Türkiyə parlamentində tarixi çıxış yapdı

Tarix: 10-01-2017, 11:40 Bölmə :Dünya Baxış: 1 400
Dəniz Baykal Türkiyə parlamentində tarixi çıxış yapdı

Türkiyənin ana müxalifət partiyası olan CHP-nin sabiq genel başqanı, millət vəkili Dəniz Baykal bu gün Türkiyə Böyük Millət Məclisində Ərdoğan hakimiyyətinin referenduma çıxardığı konstitusiya layihəsi haqqında sərt çıxış edib.

Dəniz Bayqal fövqəladə vəziyyət rejimində keçirilən bu referendumun xalqın iradəsinin zorlanmasına, bir nəfərin hegemonluğunun təmin edilməsinə hesablanan bir layihə olduğunu bildirib.

Dəniz Baykal deyib:

“Bu, sifarişli bir layihədir. Layihənin müəllifi bəlli deyil, amma arxasında hansı siyasi iradənin dayandığı bəllidir. Millətin iradəsinin yerinə, bir şəxsin hegemonluğunu gətirəcək layihə qarşımızdadır…



Bu, təlaş içində və tələsik hazırlanmış, hüquqi və siyasi yetkinlikdən uzaq olan bir layihədir. Qarşımızda millətin suverenliyinə dayanan bir əsrlik siyasi ənənəsini məhv edəcək, milli siyasi mədəniyyətimizi çökdürəcək, suverenliyin yerinə bir şəxsin hegemonluğunu inşa edəcək bir layihə var.

Bu layihə ilə bağlı diqqətinizi çəkmək istədiyim üç məqam var.

Birincisi, bundan Türk xalqının xəbəri yoxdur. 80 milyon vətəndaşın taleyini dəyişəcək bu layihə haqqında millətimiz məlumatlandırılmayıb. Universitetlərin, hüquq fakültələrinin, biznes strukturlarının, millətin xəbəri yoxdur. Milləti xəbərdar etmədən, işi bitirmək niyyəti var.

Bir deyin görüm, konstitusiya dəyişikliyini millətə izah etmək üçün niyə az da olsa səy göstərmirsiniz? Bizim izah etməyimizə niyə icazə vermirsiniz? Belə əhəmiyyətli bir mövzu danışılarkən, Məclis TV-nin bağlannması millətin xəbər alma haqqına müdaxilə mənasını verməzmi? Bu layihənin millətin gözü qarşısında müzakirə etməkdən niyə çəkinirlər?

Millət vəkillərini boş kağıza imza attırıb, millətin öyrənməsinə icazə vermədən konstitusiyanı dəyişdirə bilməzsiniz. Belə olmaz. Gömrükdən malmı qaçırsınız? Bəziləri sizə “bitirin bu işi” deyirsə, “Sizə hörmət edirik, millətə və Məclisə daha çox hörmət edirik” deməniz lazım idi. Millətin arxasından verilən təlimatla oyun çevirmək kimsəyə yaraşmaz.

Bu layihəni fövqəladə vəziyyət rejimi şəraitində müzakirə edirik. Fövqəladə vəziyyət qanuna zidd olaraq üçüncü dəfə uzadıldı. 163 general həbsdədir, 150 yüksək hakim həbsdədir. 2 min 194 hakim və prokuror, 6296 zabit həbsdədir, 50 min dövlət qulluqçusu dindirilir…

İqtisadiyyat böhran içindədir. Terror aktları və buna qol-qanad gərən qaçqın düşərgələri şəhərlərimizdə məskən salıb. Təhlükəsizlik böhranı sizi müxalifət liderlərinə zirehli avtomobil təklif etmək məcburiyyətilə üz-üzə qoyub. Allah xatirinə, necə olur ki, bu mühitdə, fövqəladə vəziyyət rejimi altında konstitusiya dəyişiklik etməyi ağılınızdan keçirirsiniz?

Millət can dərdində, bəziləri səlahiyyət dərdində. Millət ölkənin hər yerində yas və matəm içindədir. Yasını tutmağa çalışan insanlara “Haydı qaç, mənə səs ver” deyəcəksiniz. Təbii fəlakət zamanı utanmadan mal satmağa çalışan tacirə bənzəyirlər.

Mətbuat təzyiq altındadır. 147 jurnalist həbsdədir. Televiziyalar senzura altında, ölkədə fövqəladə vəziyyət, Məclisdə hərbi vəziyyətdir.

Amma indi ilk dəfə milləti ikiyə böləcək bir konstitusiya dəyişikliyini referenduma çıxarırlar… Bu konstitusiyanın təməllərini, suverenlik anlayışını alt-üst edəcək bir layihədir. Türkiyədə konstitusiyanın əsasında milli suverenlik anlayışı və Məclisin üstünlüyü var. Bu layihə milli suverenliyi məhv edəcək. Məclisin üstünlüyü aradan qaldıracaq. Milli suverenliyi aradan qaldırılacaq. İlk dəfə belə bir seçki keçirəcəyik, 51 faizlə bir prezident seçəcəyik, seçəcəyimiz prezident bu milləti təmsil edən orqanı əlindən alacaq.

Heç Əsəd də əsas göstərmədən parlamenti buraxmaq səlahiyyətinə malik deyil. Amma bizdə 51 faiz səs yığan adamın 100 fazi səslə formalaşan parlamentini buraxmaq səlahiyyəti olacaq… Prezidentin Konstitusiya Məhkəməsini formalaşdırmaq səlahiyyəti olacaq.

Prezidentin heç kimdən edimad səsi almadan nazirlər kabinetini təkbaşına formalaşdırmaq səlahiyyəti olacaq. Prezidentin fövqəladə vəziyyət rejimini təkbaşına elan etmək səlahiyyəti olacaq. Prezidentin hətta konstitusiyanı təkbaşına dəyişmək səlahiyyəti olacaq. Xəbəriniz varmı, prezidentə konstitusiyanı dəyişmək səlahiyyətini veririk. Bu, qəbuledilməzdir. Buna icazə verməyək. Türkiyə üçün böyük təlatümlərə çıxaracaq…

Buna icazə verməsək, Türkiyənin qarşısında bir üfüq açılacaq, Türkiyə qazanacaq, siz qazanacaqsız – siz kimliyinizi qazanacaqsınız!

Mustafa Hacıbəyli

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dəniz Baykal sükutu pozdu: seks kasetindən danışdı – Video

    Dəniz Baykal sükutu pozdu: seks kasetindən ...

    16-01-2014, 14:48

  • 
  • FETÖ Dəniz Baykalın intim görüntülərini necə çəkib? – RƏSMƏN AÇIQLANDI

    FETÖ Dəniz Baykalın intim görüntülərini necə ...

    4-08-2016, 18:08

  • 
  • Azərbaycan-Ermənistan ortaq televiziya layihəsi gerçəkləşir

    Azərbaycan-Ermənistan ortaq televiziya layihəsi ...

    5-11-2013, 13:02

  • 
  • Türkiyənin siyasi partiyaları Bundestaqın qətnaməsini pisləyən birgə bəyanat qəbul ediblər  Böyüt

    Türkiyənin siyasi partiyaları Bundestaqın ...

    3-06-2016, 15:41

  • 
  • Bəzi siyasi partiyaların fəaliyyəti qadağan olunacaq- Şərt

    Bəzi siyasi partiyaların fəaliyyəti qadağan ...

    9-12-2013, 17:31


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (327)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu