Tailandın cənubunda musson yağışların yol açdığı təbii fəlakət nəticəsində 41 nəfər həyatını itirib
gundemxeber.az APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Tailand Fövqəladə Halların Ləğvi üzrə Departament məlumat yayıb.
Xəsarət alan 9 nəfərdən 6 nəfərin durumu yaxşılaşır, su basan regionlarda su səviyyəsi aşağı düşür. Son iki həftə ərzində uçuş-eniş xətlərini su basması nəticəsində fəaliyyətini dayandırmış Nakxonsitxammarat əyalətindəki aeroport da fəaliyyətini bərpa edib.
Bununla belə, sinoptiklər 16-20 yanvar tarixlərində yeni musson yağışlar proqnozlaşdırır. Yağışlar turistlər arasında məşhur olan Pxuket adası və Krabi əyalətində daha intensiv olacaq. Meteoroloqlar subasma barədə xəbərdarlıq ediblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?