Rezin qayığın aşması nəticəsində çaya düşən 10 nəfər ölüb
Hindistanın Bihar bölgəsində sel nəticəsində su səviyyəsi yüksələn çayda 10 nəfər boğularaq ölüb. Rezin qayığa minərək qarşıya keçməyə çalışan 11 nəfərdən 10-u suda boğularaq can verib.
Rezin qayığın aşması nəticəsində çaya düşənlərdən yalnız bir qız uşağını ətrafdakılar xilas edə biliblər.
Regionun prokuroru Upendra Kumar hadisədə ölənlərdən 9-nun 8 -12 yaşlarında uşaqlar olduğunu bildirib.
Qeyd edək ki, bölgədə hələ də təsirini davam etdirən Musson yağışları Hindistandakı çayların su səviyyələrinin yüksəlməsinə səbəb olur. Hindistanda bu il Musson yağışlarının səbəb olduğu sellər nəticəsində Uttarakhand əyalətində 4 mindən çox adam ölüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?