Suriyanın Hmeymim aviabazasında yerləşdirilən 4 Su-24 təyyarəsi və bir qrup hərbi həkim Rusiyaya qayıtmağa hazırlaşır. Bu sözləri rusiyalı general Andrey Kartapalov deyib. O bildirib ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin birbaşa qərarı var: “Bu gün və yaxud qarşıdakı günlərdə Su-24 qırıcıları vətənə qayıdacaq”. General qırıcılara verilən tapşırıqların uğurla icra edildiyini də bildirib.
Sorğu
Yeni dizaynımız necədir?