GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Türkiyə terrorsuz dövlət astanasında

Türkiyə terrorsuz dövlət astanasında

Tarix: 9-05-2013, 15:45 Bölmə :Dünya Baxış: 777
Türkiyə terrorsuz dövlət astanasında

PKK-nın çəkilməsi nəyi dəyişəcək?
PKK mayın 8-dən Türkiyə torpaqlarından geri çəkilməyə başlayacağını vəd edib. Türkiyənin siyasi şərhçiləri və partiya təmsilçiləri "geri çəkilmə"ni sülh prosesi üçün əhəmiyyətli addım kimi dəyərləndirməklə yanaşı, bunun Ədalət və İnkişaf (AKP) partiyası hokuməti üçün ciddi sınaq olduğunu da vurğulayırlar.
Parlamentdəki ana müxalifət partiyası CHP-nin təmsilçisi, səfir Osman Faruk Loğoğlu BBC Azərbaycancaya müsahibəsində PKK-nın silahları təslim etməsini ölümlərin durması baxımından müsbət addım kimi dəyərləndirib. Lakin onun fikrincə, PKK Türkiyəyə qarşı "hər cür şiddət və terror hərəkətindən" vaz keçdiyini də demir və silahlarını dövlətin rəsmi orqanlarına təhvil verdiyini elan etməyib. "Çünki arada güvən yoxdur. 1999-cu ildə də PKK-nın geri çəkilmə prosesi yarımçıq qalmışdı. Sonra savaş yenidən başladı və indiyə qədər şiddət davam edir. Bu dəfə keçən dəfəkindən çox fərqli bir şey olacağını düşünmürəm", Loğoğlu əlavə edib.
2014-cü ildə prezident, parlament və bələdiyyə seçkilərinin keçiriləcəyini xatirladan CHP təmsilçisinə görə, hakim AK partiyası seçkilərə qədər "ortalığın sakit olmasına" çalışır.
"Ədalət və İnkişaf Partiyasının başqa hədəf və məqsədləri də var. AKP terrorla mubarizə məsələsinə milli yox, siyasi məsələ kimi baxır", Osman Faruk Loğoğlu deyib.
Türkiyənin aparıcı siyasi ekspertlərindən olan "Economist" jurnalının yazarı Amberin Zaman PKK-nın Türkiyədən geri çəkilməsi qərarını "son dərəcə önəmli" kimi qiymətləndirib.
"Silahların susduğu, silahların kölgəsində olmayan bir ölkədə reformlar etmək daha asandır. Silah təhdidi davam etdiyi müddətdə xalq o təhdidlə sanki güzəştə gedir. Habuki bu silahlar susunca demokratik yollarla qazanılmış haqlar daha geniş yayılır" - təhlilçi deyib.
Amberin Zamana görə, artıq PKK da silahla gedə biləcəyi yolun buraya qədər olduğunu anlayır.
Türkiyə hökumətinin bu addımının seçki ili öncəsi cəhdləri ola bilmə ehtimalını təhlil edən Amberin Zaman deyib ki, prosesin uğurla başa çatacağı təqdirdə bunun, prezidentliyə əsas namizəd kimi adı hallandırılan Erdoğanın karyerasına böyük təsiri ola bilər.
"Sülhə nail olmuş baş nazir kimi prezident seçkisinə gedən Recep Tayyip Erdoğan daha böyük dəstəklə irəliyə gedəcək". Lakin bununla belə təhlilçi hesab edir ki, "bu prosesi sadəcə prezident seçkiləri ilə mədudlaşdırmaq yetərsizdir. Mən problemin həlli ilə bağlı cəhdlərin səmimiliyinə inanıram. Çünki nəticədə riskli prosesdir. Əgər işlər planlaşdırıldığı kimi getməsə, yenə hökumət çətin duruma düşəcək" deyir Amberin Zaman.
Kürd haqlarının müdafiəcisi Sülh və Demokratiya Partiyasının (BDP) parlament təmsıçisi Sırrı Sakık PKK-nın "geri çəkilmə"sindən sonra hakimiyyətdən "sülh şərtlərinə uyğun gözləntilərinin" olduğunu bildirib. Sırrı Sakık BBC Azərbaycancaya deyib ki, "Türkiyə parlamenti vəzifə və məsuliyyətindən irəli gələrək yay tətilinə qədər kürd probleminin həlli üçün ilk addımlarını atmalı - ölkə konstitusiyasına, siyasi partiyalar, seçki qanunlarına dəyşikliklər etməli, seçkilərdə 10 faizlik baryer şərtini qaldırmalıdır". Sırrı Sakıka görə "Terrorla mübarizə qanunu ləğv edilməli, terrorda iştirak ittihamı ilə həbsə alınmış kürdlər azadlığa buraxılmalıdır". BDP təmsilçisi deyib ki, vaxtilə onun böyüdüyü kənddə, eləcə də qohumlarından yüzlərlə insan "kürd problemi"nin qurbanı olub. "Kiminsə acılarını ucaldıb, kiminkininsə acılarını kiçiltməyə haqqımız yoxdur. Amma barışdan bəhs ediriksə, acılarımızı ortaqlaşdırmağımız lazımdır. Keçmişin üzərindən bir süngər çəkib yeni səhifə açmalıylq. Yeni səhifə açmasaq sülh olmaz. Keçmişin acıları ilə yaşasaq qətiyyən sülh əldə edə bilmərik".
Sırrı Sakık ümid edir ki, terrorla mübarizə haqqında qanunun ləğv edilməsi PKK lideri Abdulla Öcalanın azad olunmması üçün də yol aça bilər. O deyib ki, bu məsələ BDP-nin xyallarından biridir. "Amma xəyallardan daha önəmli həyatın tələbləri və incəlikləri var. Bu mərhələdə belə bir tələbin gündəliyə gələ bilmə ehtimalı olmasa da, problem köklü həll olunduqdan sonra hamı kimi Öcalan da azad ediləcək" BDP təmsilcisi bildirib.
Hakim Ədalət və İnkişaf Partiyasının parlament təmsilçisi Mustafa Kabakcı həbsdə olan silahsız kürd müxalifətçilərin kürd probleminin həlli prosesində azadlığa buraxılacağının mümkünlüyünü istisna etməyib.
BBC Azərbaycancaya müsahibəsində Kabakçı deyib ki, "terrora bulaşmadan siyasi fikirlərinə görə cəza alanlar üçün keçərli hüquq" o şəxslərə də şamil edilə bilər". "Hazırda Türkiyədə terrora baş vurmadan insanların ala billməyəcəyi heç nə yoxdur. İstəyən hər kəs siyasi partiya qura, terrora və silaha əl atmamaq şərti ilə hər cür siyasət yurudə bilər", o deyir. Onun fikrincə, "Türkiyə illərdir, bu problemi ortadan qaldırmaq üçün bir sıra demokratık haqları inkişaf etdirərək üzərinə düşən hər şeyi edib".
PKK liderlərindən Murat Karayılan təşkilatın əsas sığınacağı olan Kandil dağında verdiyi açıqlamada bəyan edib ki, PKK 8 mayda geri çəkilməyə başlayacaq.
Geri çəkilmə prosesinin Abdulla Öcalanın bu ilin 21 martında Novruz bayramı ilə bağlı müraciətinə əsasən başladığını deyən Karayılan bildirib ki, 23 martdan etibarən davam edən atəşkəs mövqeyi qorunmaqla yanaşı, "partizan qüvvələrimizin Türkiyə sərhədləri xaricinə çəkilmə çağırışı qərarlılıq və iradə birliyi ilə tərəddüdsüz yerinə yetiriləcək".
PKK təmsilçisi geri çəkilmə prosesinin kəsintiyə uğramaması uçün vacib olan 6 maddəlik təməl şərtləri açıqlayıb.
Şərtlərə əsasən, geri çəkilmə zamanı "PKK qüvvələrinə qarşı yönəlmiş hər hansı hücum, əməliyyat, bombardman olduğu təqdirdə proses dərhal dayandırılacaq və qüvvələrimiz özünümüdafiə haqqından istifadə edərək misli ilə cavab verəcək".
O deyib ki, "Kürd probleminin həlli ilə Türkiyənin demokratikləşməsini təmin edəcək və yaxın Şərqdə barışa gedən yolu açacaq bu tarixi addımın məqsədinə uygun olarak uğurla tamamlanması sülh, qardaşlıq, demokratiya və müstəqillik istəyən hər kəsin, hamımızın təməl hədəfidir".
PKK təmsilçisi bəyan edib ki, geri çəkilmə prosesi üç mərhələdən ibarət olacaq. Birinci mərhələdə geri çəkilmə reallaşdırılacaq. İkinci mərhələdə isə demokratikləşmə mövzusunda hökumətin atacağı addımlar izləniləcək. "Bu prosesdə gizli əməliyyat və mübarizə dayandırılılmalı, demokratik vətəndaş haqlarına uyğun ortam yaradılmalıdır", separatçı kürd təşkilatının təmsilçisi deyib.
Karayılana görə, "normallaşdırılma prosesi" kimi dəyərnləndirilən üçüncü mərhələdə isə sülhün davamlı olması üçün Abdulla Öcalan da daxil olmaqla həbsdə olan PKK-çıların azadlığa buraxılmasından sonra silahsızlandırılma gündəmə gələcək.

İlhamə Qasımlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • PKK Türkiyədən çıxır

    PKK Türkiyədən çıxır ...

    29-04-2013, 20:57

  • 
  • "İŞİD-in hücumlarından sonra PKK geri çəkildi" - Karayılan etiraf etdi

    "İŞİD-in hücumlarından sonra PKK geri ...

    22-11-2014, 21:09

  • 
  • Almaniya-PKK əlaqələri haqda şok müzakirə

    Almaniya-PKK əlaqələri haqda şok müzakirə ...

    3-06-2016, 02:24

  • 
  • “Avropa Birliyinin mövqeyi qətidir, PKK terror təşkilatıdır” – Federika Moqerini

    “Avropa Birliyinin mövqeyi qətidir, PKK terror ...

    24-02-2016, 15:54

  • 
  • İŞİD öldürdüyü PKK-çıların şok görüntülərini yaydı

    İŞİD öldürdüyü PKK-çıların şok görüntülərini yaydı ...

    29-09-2014, 15:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu